ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan işçilərinin və ailə üzvlərinin yay istirahətləri başa çatmışdır.
“Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan işçilərin və ailə üzvlərinin sosial müdafiəsi, sağlamlıqlarının qorunması və istirahətlərinin təşkili daim rəhbərliyin və Həmkarlar İttifaqı Komitəsinin diqqətində olan önəmli məsələlərdən biridir. Bütün bunlar əmək “Kollektiv müqavilə”də öz əksini tapmış və müqavilə şərtlərinə uyğun olaraq məqsədli tədbirlər həyata keçirilmişdir.

Ötən illərdə olduğu kimi 2019-cu ildə də QSC-nin işçilərinin və ailə üzvlərinin yay istirahətləri iyul ayından başlayaraq respublikamızın səfalı guşələrindən olan Nabran istirahət zonasında “Palma”, Qusar rayon ərazisində yerləşən “Qusar göl” və “Park Qusar”, Lerikdə “Meşəbəyi” və “Relax”, Lənkaranda “Palıdlı” və Ağsu rayonunun gəzməli yerlərində təşkil olunmuşdur. Bu istirahət mərkəzlərində 186 nəfər işçi və işçinin ailə üzvləri 1, 5 və 10 günlük istirahətdə olmuşlar.
Bunlarla yanaşı “Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan 57 nəfər işçinin sağlamlıqlarının qorunması məqsədi ilə respublikamızda yerləşən “Bilgəh”, “Abşeron”, “Naftalan”, “Günəşli”, “Şəfa” və “Şıx” müalicəvi kurort sanatoriyalarında təyinatları üzrə müalicələri təşkil edilmişdir.
Bununla da 05.09.2019-cu il tarixindən etibarən QSC-də çalışan işçilərin və onların ailə üzvlərinin yay mövsümündə istirahətləri başa çatmışdır. Mövsümün sonunda istirahətdə olan işçilər istirahətlərinin yüksək səviyyədə təşkili üçün rəhbərlik və Həmkarlar İttifaqı Komitəsinə öz minnətdarlıqlarını bildirmişlər.


















tarix : 05.09.2019

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.