ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamentinin 5-ci sahəsində separator sistemli qurğu Türkiyədən dəvət olunmuş “Alfa Laval” şirkətinin mütəxəssisi tərəfindən təmir edilərək istismara buraxıldı.
Tullantıların emalı və zərərsizləşdirilməsi sahəsində nanotexnologiyaların tətbiq edilməsi və texnoloji proseslərin ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi məqsədilə, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin mütəxəssisləri tərəfindən əməliyyat sahələrində fəaliyyət göstərən qurğularda mütəmadi olaraq zəruri təmir işləri həyata keçirilir.

Bu işlərin vaxtlı-vaxtında həyata keçirilməsi qurğuların istismar müddətini artırmaqla texnoloji proseslərin keyfiyyətini yaxşılaşdırır və bu da ətraf mühitin mühafizəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Tədbirlər planı çərçivəsində görülən işlərdən biri də TED-nin 5-ci (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahəsində fəaliyyət göstərən “Pieralisi” şirkətinin trikanter və separator qurğularının saz vəziyyətdə işləməsidir.
Hazırda FOX-15 separator qurğusunun elektrik sistemində istismar zamanı yaranmış nasazlığın aradan qaldırılması üçün 02.09.2019-cu ildə Türkiyədən dəvət olunmuş elektronika üzrə mütəxəssis təmir işləri aparmış, PLC – cihazı sistemdə dəyişdirilmiş, sonda separator qurğusuna norma göstəricilərinə əsasən neftşlam məhsulu nəql edilərək yoxlanılmış və qurğu 03.09.2019-cu il tarixdə istismara buraxılmışdır.
“Ekol Mühəndislik Xidmətləri” QSC-də təmizləyici qurğuların çöküntülərdən təmizlənməsi və təmir işləri mütəmadi olaraq diqqət mərkəzindədir.

















tarix : 09.09.2019

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.