Bununla əlaqədar, kadr hazırlığı planına uyğun olaraq Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin kadr hazırlığı təşkili mərkəzinin ixtisaslı mütəxəssisləri tərəfindən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin struktur bölmələri üzrə mühəndis-texniki işçilərə “İlk tibbi yardım” (Sağlamlıq, əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi), “Odlu və qaz təhlükəli işlərin aparılması qaydaları, İSO 9001:2015 “Keyfiyyət idarəetmə sistemi” Beynəlxalq Standartı maarifləndirmə, İSO 14001:2015 “Ekologiya idarəetmə sistemi” Beynəlxalq Standartları maarifləndirmə, “Tullantıların idarəedilməsi”, “Ətraf mühitin mühafizəsi”, İSO/İEC 17025 “Sınaq və kalibrasiya laboratoriyalarının bacarıqlığı üçün ümumi şərtlər” Beynəlxalq Standartları maarifləndirmə və “Nəzarət ölçü cihazları və avtomatika üzrə mühəndis” mövzularında təlim kursları keçirilmişdir.
Təlim kursunun sonunda Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin mütəxəssislər tərəfindən test imtahanları təşkil olunmuşdur. Təlimdə iştirak edən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin mütəxəssisləri imtahanı uğurla vermişlər.
Təlim proqramın yekunu olaraq iştirakçı mütəxəssislərin hər birinə sertifikatlar təqdim edilmişdir.