ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivi “20 SENTYABR NEFTÇİLƏR GÜNÜ” nün 25 illiyi münasibətilə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmişlər.
Azərbaycan xalqının  ümummilli lideri Heydər Əliyevin gərgin səyi  nəticəsində, 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli şirkətlərinin iştirakı ilə şanlı tariximizə “Əsrin müqaviləsi” adı ilə düşmüş qlobal neft müqaviləsinin imzalanması müstəqil Respublikamızın  ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu.

Əsası ümummilli Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın yeni neft strategiyası  ölkə  Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və iqtisadiyyatımızın  dinamik inkişafına güclü təkan verən bu strategiya Azərbaycanı ən sürətlə irəliləyən ölkələr sırasına çatdırmışdır. Günü-gündən müasirləşən şəhər və kəndlərimizin siması bu davamlı yüksəlişi əks etdirir.
“Əsrin müqaviləsi”nin imzalanmasından ötən 25 il ərzində Azərbaycanın  neft-qaz sənayesinin, bütövlükdə iqtisadiyyatımızın inkişafı, ölkəmizin dünyada böyük nüfuz qazanması, etibarlı tərəfdaşa çevrilməsi, hər bir Azərbaycan vətəndaşının sosial rifah halının yüksəlməsinə böyük təkan vermişdir. Prezident İlham  Əliyevin dediyi kimi: “1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın uğurlu inkişafından söhbət gedə bilməzdi”.
“Neftçilər günü”nün 25 illiyi münasibətilə sentyabr ayının 20-də QSC-nin rəhbərliyi, SOCAR rəhbərliyi, çoxminli kollektivi ilə birlikdə Fəxri Xiyabanda olmuş, ümummilli lider Heydər Əliyevin əziz və unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət, ehtiram ifadəsi olaraq onun ruhu qarşısında baş əymiş, məzarı üstünə tər çiçəklər düzmüşlər.





tarix : 20.09.2019

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.