ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Elektromexanika sexinin kollektivi QSC-nin xidmət sahələrinin iş rejimində fasiləsizliyin təmin olunması üçün yüksək peşəkarlıq nümayiş etdirirlər
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamenti (TED) sənaye-çirkab, axıntı sularının təmizlənməsi, həmçinin neftşlamın emalı və zərərsizləşdirilməsi proseslərini mexaniki və avtomatlaşdırılmış modul  qurğular və mexanizmlər vasitəsi ilə həyata keçirir.  Odur ki, istismarda olan bu mexanizm  və qurğuların fasiləsiz iş rejiminin təmin edilməsi üçün təmir və  texniki  nəzarət işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsi xüsusi  əhəmiyyət kəsb edir. Bu məqsədlə, QSC-nin aparıcı struktur bölmələrindən olan  Elektromexanika sexinin kollektivi  növbəli iş rejimində çalışaraq  yüksək  peşəkarlıqla  xidmət sahələrinə texniki nəzarət və təmir xidmətləri göstərirlər. 

Xidmətin fasiləsizliyinin təmin olunması məqsədilə Elektromexanika sexinin elektrik montyoru, çilingər və ocaqçılardan ibarət briqadaları fasiləsiz olaraq xidmət sahələrindəki nasosların, elektrik avadanlıqlarının, mexanizmlərin, qazanxanaların iş rejiminə nəzarət edir, payız mövsümü ilə əlaqədar istilik sistemlərində və elektrik təsərrüfatında profilaktiki və cari təmir işlərini yerinə yetirirlər.
Elektromexanika sexi potensial  imkanlarından  istifadə  edilərək, 2019-cu ilin  müvafiq dövründə də TED-nin xidmət sahələrində istismarda olan qurğu və avadanlıqlarda   bir sıra rekonstruksiya və təmir işləri aparılmışdır ki, bu da  çirkab suların təmizlənməsi və neftşlamın emalı proseslərinə  öz  müsbət təsirini göstərmişdir.  
Hazırda Elektromexanika sexinin kollektivi bütün imkanlardan istifadə etməklə, xidmət sahələrində istismarda olan qurğularda, qazanxanalarda və elektrik təsərrüfatında yenidənqurma və cari təmir  işlərinin  yerinə yetirilməsini planlaşdırır.










tarix : 01.10.2019

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.