ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC qış mövsümünə ciddi hazırlaşır
“Ekol Mühəndislik Xidmətləri” QSC-də hər il olduğu kimi, bu il də qış mövsümünə yüksək səviyyədə hazırlıq işləri gedir. 2019-2020-ci il qış mövsümündə QSC-nin istehsalat sahələrinin fasiləsiz fəaliyyətini, obyektlərin və inzibati binaların qışa hazırlığını, işçilərin iş şəraitinin yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə, müvafiq “Tədbirlər Planı” təsdiq edilmiş və operativ olaraq icrasına başlanmışdır. 

Qış mövsümünə hazırlıqla əlaqədar “Tədbirlər Planı”na uyğun olaraq, donmanın və itkilərin qarşısını almaq məqsədilə istehsalat sahələrində 1100 metrdən çox buxar və su boru xətlərində izolyasiya işləri yerinə yetirilmişdir. Yeraltı su tutumları çirkabdan təmizlənmişdir. TED-nin 6-cı və 4-cü sahələrindəki (H.Əliyev adına NEZ-nun 9-cu sahəsinin ərazisi) məişət binalarının, flotator nasosxanasının, Elektromexanika sexinin 2 və 3 saylı qazanxanalarının 785 m2  dam örtükləri dəyişdirilir, ümumilikdə bütün sahələr üzrə əsaslı cari təmir-bərpa işləri yerinə yetirilir.
Qış mövsümünə hazırlıqla əlaqədar, QSC-nin Nəqliyyat sexində də müvafiq işlər görülür. Texniki təhlükəsizlik təlimatlarına uyğun olaraq, nəqliyyat vasitələri qiş mövsümünə uyğun olaraq texniki baxışdan keçirilmişdir. Nəqliyyat vasitələri üzərində zərurui sazlama işləri aparılır. 
“Tədbirlər Planı”na uyğun olaraq Elektromexanika sexinin işçiləri tərəfindən cəmiyyət üzrə bütün sahələrin elektrik və istilik təsərrüfatlarında profilaktik təmir işləri yerinə yetirilmiş, tam işlək vəziyyətə gətirilmişdir. İstehsalatda çalışan bütün işçilər qış geyimləri ilə təmin olunmuş və qış şəraitinin iş rejimi ilə  təlimatlandırılmışlar.
Qış mövsümü ilə  əlaqədar QSC-nin yaşıllaşdırma sahələrində də məqsədyönlü işlər həyata keçirilmişdir. Ağaclarda budama işləri vaxtında başa çatdırılmışdır. Sahələrə gübrələr verilir və soyuqdan qorunma üçün  qabaqlayıcı tədbirlər görülür.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində qarlı, şaxtalı hava şəraitində işçi heyətin və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə drenaj xəttinin üzərindəki metal tor örtükləri yenisi ilə əvəz olunur. 
Qış mövsümünə hazırlıqla əlaqədar, “Tədbirlər Planı”nda nəzərdə tutulmuş işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi “Ekol Mühəndislik Xidmətləri” QSC-nin bu mövsümün yüksək səviyyədə keçirməsinə zəmin yaradır. 
















tarix : 29.10.2019

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.