ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin nümayəndələri Almaniyada Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə A+A sərgisində iştirak etmişlər.
2019-cu il noyabr ayının 4-8 tarixində Almaniyanın Düsseldorf şəhərində Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə A+A sərgisi keçirilmişdir. Ən yüksək səviyyəli rəhbər və mütəxəssisləri bir araya gətirən bu sərgiyə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin nümayəndələri də dəvət almışlar.

Sərgidə 63 dövlətin 2121 aparıcı şirkətləri qeydiyyatdan keçmiş və 78 min m2 ərazini əhatə etməklə 10 sərgi salonundan ibarət təşkil olunmuşdur. Almaniyanın Düsseldorf şəhərində təşkil edilmiş dünyanın ən böyük sərgisinə müxtəlif ölkələrdən gəlmiş, 73 mindən çox iştirakçının qatılması sərginin statusunun yüksək olmasını bir daha sübut edirdi. Böyük beynəlmiləlçilik, ən yaxşı sənaye sektorlarından olan rəhbər və mütəxəssislər Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə milli və beynəlxalq qeyri-kommersiya üzrə öz işlərini və xidmətlərini təqdim edirdilər. Bu sərgiyə  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin SƏTƏM üzrə Baş direktorun müavini Eldəniz Həsənli, Texniki Təhlükəsizlik şöbəsinin rəisi  Səbuhi Veysəlov, Marketinq və Xarici İqtisadi Əlaqələr şöbəsinin rəisi Emil Vəliyev də iştirakçı qismində dəvət almışlar və iştirak etmişlər. Nümayəndə heyəti sərgidə Əməyin Mühafizəsi, Texniki Təhlükəsizlik üzrə bir çox şirkətlərin rəhbər və mütəxəssisləri ilə görüş keçirmişlər. Görüş zamanı onların təklif etdikləri xidmətlərlə yaxından tanış olmuşlar və öz xidmətlərini təklif etmişlər.
QSC-nin nümayəndələri Düsseldorfda keçirilən Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə A+A sərgisindən xoş təəssüratlarla və maraqlı məlumatlarla qayıtmışlar.









tarix : 14.11.2019

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.