ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin nümayəndələrinin iştirakı ilə Alman-Azərbaycan Xarici Ticarət Palatasında təlim keçirilmişdir.
28 oktyabr 2019-cu il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatasının, (AHK Azərbaycan) Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) Exper TS proqramının dəstəyi ilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin nümayəndələri Bakı şəhərində yerləşən Winter Park Plazada təşkil edilmiş təlimçi və maarifləndiricilər üçün “Ətraf Mühitin Strateji İdarə Edilməsi” təlimində iştirak etmişlər.

“Ətraf Mühitin Strateji İdarə Edilməsi” təliminin əsas mövzu və proqramı “İSO 14001 Standartına uyğun ekoloji siyasət və idarəetmə”,  “Şirkətdə vacib ətraf mühit aspektləri”, “Azərbaycanda ətraf mühitin qorunması üçün əsas şərtlər və ən yaxşı təcrübə”, “Təlimçi üçün təlim”dən ibarət olmuşdur.
13.10.2019-cu il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən “Azərbaycanda Ətraf Mühitin Mühafizəsi üçün əsas şərtlər və ən yaxşı təcrübə” mövzusu üzrə “Təhlükəli tullantılar”, “Su hövzələrinin mühafizəsi və sudan səmərəli istifadə”, “Emissiyalar”, “Tullantılar, mənbə və təkrar emal” mövzularında təlim kurslarının keçirilməsi “Ekol Mühəndislik Xidmətləri” QSC-nə təklif edilmişdir. Təlim keçiriləcəyi müddətdə mövzulara uyğun olaraq  yüksək səviyyədə prezentasiyalar hazırlanmış və təqdim edilmişdir.
Təlimə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji Monitorinq Departamentinin (EMD) rəisi Şahabiddin Albuşov, departamentin rəis müavini Natella Şəfiyeva, departamentin iki nəfər mütəxəssisi Elçin Qumuxov və Eltəkin Abdullayeva iştirakçı qismində qatılmışlar. Üç gün ərzində təlimlər həm nəzəri, həm də praktiki olaraq keçirilmiş və dinlənilən mövzular ətrafında suallar cavablandırılmış, müzakirələr aparılmışdır. Daha sonra təlimin iki günündə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi 6-cı sahədə (H.Əliyev adına NEZ-in 9 saylı sahəsi) sənaye axıntı sularını təmizləyən  qurğularının, neftşlamı emal edən “Alfa Laval” şirkətinin dekanter, “Pieralisi” şirkətinin trikanter,   FOX-15 sentrifuqa, parafinin sudan və mexaniki qarışıqlardan təmizlənməsi qurğularının texnoloji iş prinsipləri ilə təlim iştirakçıları yaxından tanış edilmişdir. Təlimin üçüncü günü Cəmiyyətimizin fəaliyyəti barədə dəyirmi masa arxasında məlumat verilmiş və  “Caspian Ecology” sərgisində iştirak etmişlər.
Təlim zamanı “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi ekoloji yönümlü layihələrin ətraf mühitin mühafizəsində müstəsna rolu olduğu qeyd edilmiş və ekoloji vəziyyətin yaxşılaşdırılmasına verilən töhfələr təlim iştirakçılarının diqqətinə çatdırılmışdır.
“Təlimçi üçün təlim” və digər kursların iştirakçılarına dünyanın 91 ölkəsində, o cümlədən Azərbaycanda tanınmış AHK Beynəlxalq Sertifikatları təqdim edilir. Bu da DİN-İSO 14001 standartının tələblərinə uyğun olaraq ətraf mühitin mühafizəsi sahəsində mütəxəssis və təlimçi kimi tanınmaq deməkdir. 
Beləliklə də 22.11.2019-cu il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatasında keçirilən təlim öz işini başa çatdırmışdır.  












tarix : 29.11.2019

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.