ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC – nin kollektivi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə təşkil edilmiş ağacəkmə aksiyasında iştirak etmişlər.
Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadı, dəyərli mütəfəkkir, bəşəri duyğuların tərənnümçüsü İmadəddin Nəsiminin yaradıcılığı çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunmuşdur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkilmişdir. Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu nəcib təşəbbüsə respublikamızın bütün bölgələrində geniş ictimaiyyət nümayəndələri, dövlət və hökumət qurumlarının, icra hakimiyyəti orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, könüllü gənclər və SOCAR-ın çoxminli kollektivi qoşulmuşlar. Bu tədbirdə SOCAR 100 min ağacın əkilməsini öz üzərinə götürmüşdür.
Bu məqsədlə 06.12.2019-cu il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC SOCAR-ın Ekologiya idarəsi ilə birlikdə xidmət göstərdiyimiz SOCAR Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində 3 min ağac əkilməsi kampaniyası keçirmişlər.
Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkmək kimi nəcib təşəbbüsündə “Ekol Mühəndislik Xidmətləri” QSC – nin kollektivi  tərəfindən 1500 ağac əkilmişdir.
Qeyd edək ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkilməsi, dahi şairin irsinin insanların, xüsusilə də gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərin həllində birgə fəaliyyətə səsləyir.









 

tarix : 06.12.2019

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.