ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də beynəlxalq standartların tələblərinə uyğun olaraq daxili audit keçirilir.
QSC-də TS EN İSO 9001 “Keyfiyyəti idarəetmə sisteminin”, TS EN İSO 14001 “Ətraf mühitin mühafizəsi” və TS İSO 18001 OHSAS “Əməyin mühafizəsi və təhlükəsizliyi” idarəetmə sisteminin müvafiq maddələrinin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə, QSC-nin Baş direktorunun təsdiq etdiyi qrafikə əsasən 11.02.2020-ci il tarixindən  daxili auditin keçirilməsinə başlanılmışdır. Daxili audit 03 saylı İdarəetmənin Mövcud Prosedurları “Audit proseduru”nun tələblərinə uyğun keçirilir. 

Qrafikə əsasən audit QSC-nin bütün sahələrində aparılacaqdır. İlk audit Ekoloji Monitorinq Departamenti və Tullantıların Emalı Departamentində keçirilmişdir. Auditə Ekoloji Monitorinq Departamentinin rəis müavini, rəhbərliyin nümayəndəsi Natella Şəfiyeva, Texniki Təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov və QSC-də müvafiq sertifikatları, təcrübələri olan auditorlar cəlb edilmişdir. Obyektiv faktlara əsaslanaraq keçiriləcək audit zamanı müvafiq sənədləşmələr aparılacaq və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün uyğun prosedurlar tövsiyyə ediləcəkdir. Son nəticədə hər bir bölmə üzrə auditin yekun hesabatı hazırlanaraq QSC-nin rəhbərliyinə təqdim olunacaqdır.
Daxili audit qrafik əsasında QSC-nin bütün struktur bölmələri əhatə edilməklə 14.05.2020-ci il tarix də daxil olmaqla davam edəcəkdir.









tarix : 19.02.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.