Xidmətlərimiz
|
|
|
|
“Ekol Mühəndislik Xidmətləri” QSC-də 1 Mart – “Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə tədbir keçirilmişdir.
|
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən, hər il 1 mart bu təşkilata üzv olan bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd olunur. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 100-dən çox ölkəsi daxildir. Bu təşkilatın əsas məqsədi dünya əhalisinin mühafizəsi sahəsindəki təcrübəni ümumiləşdirib yayılması, Mülki Müdafiə kadrlarının hazırlanması və təkmilləşdirilməsi, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımın təşkil edilməsindən ibarətdir. Azərbaycan Respublikası 1993-cü ildən bu nüfuzlu humanitar təşkilatın üzvlüyünə qəbul edilmiş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.
Hər il olduğu kimi, bu il də “Ekol Mühəndislik Xidmətləri” QSC-də 1 Mart – “Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar “Mülki Müdafiə və hər evdən bir yardım edən ” mövzusunda tədbir keçirilmişdir. Nizami və Xətai rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, QSC-nin bütün xidmət sahələrinə bu tədbir barədə məlumat verilmişdir. Toplantıda Baş direktorun Ümumi işlər üzrə müavini İsrafil Əliyev, Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov, Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov, Ekoloji Monitorinq Departamentinin (EMD) rəis müavini Natella Şəfiyeva, EMD-nin Normativ-texniki sənədlərlə iş şöbəsinin rəisi Elxan Teymurov, Tullantıların Emalı Departamentinin rəis müavini Ataxan Əlicanov çıxış edərək, Mülki Müdafiənin insanların həyatındakı rolundan ətraflı danışmış və bu sahəyə cavabdeh şəxslərin daha da məsuliyyətli olmaları tövsiyə edilmişdir. Tədbirin davamı olaraq Mülki Müdafiə üzrə mühəndis Fuad İmanov QSC-də Mülki Müdafiənin rolu, görülən işlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Sonda Mülki Müdafiə sahəsinə aid sərbəst mövzularda geniş müzakirələr aparılmış və video çarxa baxılmışdır.
tarix : 03.03.2020
|
|
|
|
|
|
|