ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsi SOCAR-ın idarə və müəssisələrində eləcə də birgə müəssisələrdə dezinfeksiya işləri aparır.
10 oktyabr 2019-cu il tarixdən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin strukturunda Dezinfeksiya şöbəsi yaradılmışdır. 

Dezinfeksiya şöbəsinin əsas məram və məqsədi SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə və başqa təşkilatlarda mövcud müqavilələrə əsasən yoluxucu xəstəliklərin əmələ gəlməsi və yayılması, dezinfeksiya, deratizasiya, dezinseksiya, su çənlərində dezinfeksiya tədbirlərinin aparılması, işçi personalın sürünənlərdən və gəmiricilərdən mühafizəsi məqsədi daşıyır. Şöbənin nəzdində Beynəlxalq Standartların tələblərinə cavab verən, ixtisaslı kadrlardan təşkil olunmuş laboratoriya fəaliyyət göstərir. Proseslərə nəzarət, dərman preparatlarının, gəmiricilər və digər həşəratlar üçün aldadıcı yemlər və kimyəvi maddələrdən faizli məhlulların hazırlanması, həmin dərman preparatlarının müvafiq sənədlər əsasında kip bağlanmış qablarda cavabdeh şəxslərə təhvil verilməsi laboratoriya işçiləri tərəfindən həyata keçirilir. Bütün bu işlərin aparılması üçün şöbə müasir və yüksək keyfiyyətli avadanlıqlar, dərman preparatları və nəqliyyat vasitələri ilə təmin olunmuşdur.
Dezinfeksiya şöbəsi öz işini “Ekol Mühəndislik Xidmətləri” QSC-də tətbiq edilən İSO 9001 Keyfiyyət, İSO 14001 Ətraf mühit və OHSAS 18001 Əməyin mühafizəsi Beynəlxalq Standartlarına əməl etməklə həyata keçirir.
Bu işlərin davamı olaraq Dezinfeksiya şöbəsinin işçiləri tərəfindən SOCAR-ın Baş ofisində, Heydər Əliyev adına Neft Emalı zavodunun, Azərkimya İstehsalat Birliyinin, Kompleks Qazma İşləri trestinin, Bakı Ali Neft məktəbinin, Nəqliyyat idarəsinin, Azəriqaz İstehsalat Birliyinin və digər idarə və müəssisələrinin inzibati binalarında, istehsalat sahələrində, soyunub-geyinmə otaqlarında, sanitar qovşaqlarında, qida qəbulu otaqlarında və zirzəmilərində dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmışdır.
Bu kimi işlər şöbənin işçiləri tərəfindən mütəmadi davam etdirilir. 





















tarix : 04.03.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.