ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də “Koronavirus”un profilaktikası məqsədilə sanitariya gigiyena maarifləndirmə işləri davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart 2020-ci il tarixli Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə Sərəncamından irəli gələn məsələlərin həll edilməsi, eləcə də “Koronavirus” infeksiyasının yayılmaması ilə bağlı profilaktiki tədbirlər barədə qərarını əsas tutaraq “Ekol Mühəndislik Xidmətləri” QSC-də Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirə salınmaz tədbirlər davam etdirilir. 

Maarifləndirmə işləri cəmiyyətin baş ofisində, bütün inzibati binalarında, struktur bölmələrində, Torpaqların Rekultivasiyası Departamentinin (TRD) 1-ci və  2-ci sahələrində xidmət göstərdiyimiz SOCAR-ın Qaz Emalı Zavodunun, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “BibiHeybətneft”, “Abşeronneft”, H.Z.Tağıyev adına NQÇİ-lərin mədən ərazilərində, Tullantıların Emalı Departamentinin (TED) 3-cü,    4-cü, 5-ci və 6-cı (H.Əliyev adına NEZ-nun 9-cu sahəsinin ərazisi) sahələrinin ərazilərində və eləcə də xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində, TRD-nin inzibati binasının ərazisində (A-4) işləyən işçilər arasında “Koronavirusun Profilaktikası” mövzusunda aparılmış, bütün giriş və çıxışlarda dezinfeksiya işləri həyata keçirilmişdir. 
Maarifləndirici mövzu ətrafında İctimai Sosial şöbənin mühəndisi Edilman Məmmədov və Dezinfeksiya şöbəsinin entomoloqu Eynulla Namazov işçilər arasında geniş izahat işləri aparmaqla əl ilə görüşməmək, əllərin tez-tez 20 saniyədən az olmamaq şərti ilə yuyulması, spirt, xlorheksid və antibakterial salfet ilə silinməsi, birdəfəlik tibbi maskalardan istifadə edilməsi və hər 2 saatdan bir dəyişməsi, otağın havasının tez-tez dəyişdirilməsi, əgər bədən temperaturu 38 dərəcədən yüksək olarsa dərhal həkimə müraciət etmələri, öskürən və asqıran zaman birdəfəlik dəsmal ilə ağız və  burunu tutmaq, sonra onu zibil konteynerlərə tullanması, küçədə və nəqliyyatda öskürən, asqıran insandan uzaqlaşmaq və digər qabaqlayıcı tədbirlər haqqında məlumat vermişlər. 
Bütün bu işlərin davamı olaraq Nəqliyyat sexinin nəzdində fəaliyyət göstərən nəqliyyat vasitələrində virusa qarşı dezinfeksiya işləri davamlı olaraq aparılır.
Sahələrdə aparılmış profilaktik maarifləndirmə tədbirlərindən əlavə bütün elan və məlumat lövhələrində “Koronavirus”dan necə qorunmaq haqqında məlumat yerləşdirilmişdir.
Bütün inzibati binaların giriş və çıxışlarında (turniket olan hissələrdə də), liftlərin və sanitar qovşaqların qarşısında əllərin dezinfeksiya edilməsi üçün xüsusi vasitələrin quraşdırılması təmin edilmişdir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-də “Koronavirus”un profilaktikası məqsədilə sanitariya gigiyena maarifləndirmə işləri mütəmadi olaraq davam etdirilir.     


















tarix : 13.03.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.