ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri "QSC - nin Dezinfeksiya şöbəsi Novruz bayramındakı qeyri iş və karantin (27-31 mart 2020) günlərində SOCAR-ın strukturuna daxil olan qrumlarda, birgə müəssisələrdə Koronavirus infeksiyasının yayılmaması ilə bağlı profilaktik
Novruz bayramındakı qeyri iş və karantin günlərində (27-31 mart 2020) işə cəlb edilən Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz tədbirlər, gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, bigə müəssisələrdə, QSC-nin xidmət göstərdiyi sahələrdə dezinfeksiya işlərini  davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 03 mart 2020-ci il tarixlı əmrində nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabinet yanında operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə "Ekol Mühəndislik Xidmətləri " QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları bir sıra həlli vacib işlər yerinə yetirmişlər. 
Bu işlərin davamı olaraq SOCAR-ın baş ofisində və Təsərrüfat İdarəsində, Azneft İB-nin inzibati binasında, birliyin Mexaniki Təmir Tikinti İdarəsidə (MTTİ), H.Z.Tağıyev adına və Abşeronneft NQÇİ-ində, Dalma Qurğularının Təmiri və Kirayəsi idarəsində, Azərkimya İB-nin inzibati binasında, birliyin Etilen Polietilen zavodunda və ərazisində, Metanol zavodunun, Sənaye Təhlükəsizlik İdarəsinin, Sosial İnkişaf İdarəsinin, Geologiya Geofizika İdarəsinin, Neft Qaz Elmi Tədqiqat Layihə İnstitutunun, İnformasiya Texnologiyalar və Rabitə İdarəsinin inzibati binasında, Kompleks Qazma İşləri Trestinin 1saylı Anbar Təsərrüfatında, "Azəriqaz" İstehsalat Birliyinin inzibati binasında, birliyin Anbar Təsərrüfatında, Təmir Tikinti İdarəsində (TTİ), Sumqayıt və Suraxanı Texniki İstismar Xidmətlərində (TİX),  "Neftqaztikinti" trestinin inzibati binasında və trestin DBMİB-də və 3 saylı TQB-də, Marketinq İqtisadi Əlaqələr İdarəsinin inzibati binasında (MİƏİ), Qaz Emalı Zavodunun inzibati binası və ərazisində, H.Əliyev adına Neft Emalı Zavodunun inzibati binasında və sahələrində,  Qaz İxracı İdarəsini inzibati binasında və idarənin Anbar Təsərrüfatında, Abşeron Magistral Qaz Kəmərləri Stansiyasının (MQKS) Aşağı Güzdək, Müşfiqabad, Səbail Qaz Təmir Məntəqələrində (QTM), Ceyranbatan, Xocahəsən Avtomatik Qaz Paylayıcı Stansiyalarında (AQPS), Pereküşkül, Sumqayıt ,Modul, Yaşma, Sulutəpə, Alatava Qaz Paylayıcı Stansiyalarında (QPS), Neft Kəmərləri İdarəsinin Dübəndi, İxrac və Abşeron İstehsalat Bölümlərində, Karbamit zavodunun inzibati binasında və ərazisində, Nəqliyyat İdarəsinin 1, 2, 3, 4, 5, 6 Texniki Nəqliyyat Deparamentlərinin inzibati binalarında və təmir sahələrində, birgə müəssisələr "Suraxanı OİL Opereyşin Kompani SA", "Balakhanı Operatinq Kompani LTD" şirkətlərinin və "AzGerneft" MMC-nin inzibati binalarında və sahələrində,  xidmət göstərdiyimiz SOCAR-in Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində, o cümlədən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin 2-ci sahəsində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, ümumilikdə 26987 kv. m sahədə deratizasiya, 38312 kv.m sahədə dezinseksiya və 1.032.383 kv.m sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa SOCAR-in Nəqliyyat İdarəsinin 1, 2, 3, 4, 5, 6 saylı Texniki Nəqliyyat Departamentlərinin 622 nəqliyyat vasitələrində şöbənin əməkdaşları tərəfindən Koronavirus (COVİD - 19) infeksiyası əleyhinə desinfeksiya işləri görülrmüşdür.
Hal hazırda tətbiq olunmuş karantin günləri ərəfəsində Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD -19) infeksiyasının yayılması əleyhinə dezinfeksiyası işləri SOCAR- ın idarə və müəssisələrində, birgə müəssisələrdə  və "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrində   mütəmadi olaraq davam etdirilir.  


























tarix : 04.04.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.