İş yerlərində SOCAR-ın 03 mart 2020-ci il tarixli əmrində nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları bir sıra həlli vacib işlər yerinə yetirmişlər.
SOCAR-ın baş ofisində, “Azneft” İstehsalat Birliyinin, Azərkimya İstehsalat Birliyinin, Azəriqaz İstehsalat Birliyinin, Sənaye Təhlükəsizlik İdarəsinin, Geologiya Geofizika İdarəsinin, İnformasiya Texnologiyalar və Rabitə İdarəsinin, Kompleks Qazma İşləri Trestinin, Marketinq İqtisadi Əlaqələr İdarəsinin, Qaz Emalı Zavodunun, Qaz İxracı İdarəsinin, Təhlükəsizlik İdarəsinin, Nəqliyyat İdarəsinin, Sosial İnkişaf İdarəsinin, Neft Kəmərləri İdarəsinin, Metanol zavodunun, Karbamid zavodunun, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binalarında, H.Əliyev adına Neft Emalı Zavodunun inzibati binasında və sahələrində, Neftqaztikinti trestinin inzibati binasında, bölümlərində və Anbar təsərrüfatında, Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyasında, Ekoloji Ölçmə və Tullantıların İdarəedilməsi Departamentində, Ekoloji Monitorinq Departamentində və Təmir emalatxanasında, Bakı Olimpiya Stadionunda və xidməti otaqlarda, o cümlədən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (“Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən əraziləri), 2-ci (Qaz Emalı zavodunun ərazisi, “Bibiheybətneft” NQÇİ-nin mədən əraziləri) sahələrində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində və məişət, geyinib-soyunma otaqlarında ümumilikdə 708 580 kv.m sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə hər gün işçilər işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlumat üçün bildirilir ki, Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 04 may saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD -19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə və "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.