SOCAR-ın baş ofisində, İnsan Resursları Departamentində və Təsərrüfat İdarəsində, “Azneft” İstehsalat Birliyinin, Azərkimya İstehsalat Birliyinin, Azəriqaz İstehsalat Birliyinin, Geologiya Geofizika İdarəsinin, Təhlükəsizlik İdarəsinin, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin, Sənaye Təhlükəsizlik İdarəsinin, Qaz Emalı Zavodunun, Qaz İxracı İdarəsinin, Nəqliyyat İdarəsinin, Neft Kəmərləri İdarəsinin, Metanol zavodunun, Karbamid zavodunun, Ekologiya İdarəsinin inzibati binalarında, H.Əliyev adına Neft Emalı Zavodunun inzibati binasında və sahələrində, Neftqaztikinti trestinin inzibati binasında, bölümlərində və Anbar təsərrüfatında, Bakı Olimpiya Stadionunda və xidməti otaqlarda, Balakhanı OİL Company LTD, o cümlədən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (“Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən əraziləri), 2-ci (Qaz Emalı zavodunun ərazisi, “Bibiheybətneft” NQÇİ-nin mədən əraziləri) sahələrində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində və məişət, geyinib-soyunma otaqlarında ümumilikdə 264 925 kv.m deratizasiya, 236 093 kv.m dezinseksiya və 220 390 kv.m sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə hər gün işçilər işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlumat üçün bildirilir ki, Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 31 may saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD -19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərdə və "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.