Aksiyada rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları ilə birlikdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektiv üzvləri də “Qan ver yaşat” adlı yardım kompaniyasında iştirak etmişlər.
Həkim-hemotoloqlar tərəfindən cəmiyyətin donor əməkdaşlarının sağlamlıqları öncədən yoxlanılıb, hər tərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Kollektivin bu aksiyaya qoşulmasının əsas məqsədi pandemiya dövründə qana ehtiyacı olan talassemiya və hemofiliya, eləcə də leykoz xəstələrinə dəstək olmaq, eyni zamanda bütün dünyanın koronavirus (COVİD-19)-la mübarizə apardığı, ölkəmizdə karantin rejimi ilə əlaqədar insanlara evdə qalmaq və çölə çıxmamaq məsləhəti görüldüyü bir zamanda bu xəstələrə yardım etmək, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qan ehtiyatının yaradılmasına dəstək çağırışına qoşulmaqdan ibarət olmuşdur.
Bu kimi tədbirlər belə çətin günlərdə qana ehtiyacı olan vətəndaşlarımıza böyük dəstəkdir və bundan sonra da xeyriyyə aksiyalarında “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əməkdaşları davamlı olaraq iştirak edəcəklər.