ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin(13 may–31 may 2020)günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirusinfeksiyasının yayılmaması ilə bağlı profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (13 may - 31 may 2020) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

    İş yerlərində SOCAR-ın 03 mart 2020-ci il tarixli əmrində nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları bir sıra həlli vacib işlər yerinə yetirmişlər. 
     SOCAR-ın baş ofisində, Təsərrüfat İdarəsində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına NQÇİ-də, Dalğıc Xidməti sahəsində, Maddi Texniki Təchizat İdarəsinin 2 saylı bazasında, Dalma qurğularının təmiri və kirayəsi üzrə Elmi İstehsalat Müəssisəsində və inzibati binasında, Azərkimya İstehsalat Birliyinin Etilen Polietilen zavodunda, Təmir tikinti idarəsində və  inzibati binasında, Azəriqaz İstehsalat Birliyinin Xətai Texniki Xidmət Sahəsində, Təmir Tikinti İdarəsinin 3 saylı Təmir Quraşdırma sahəsində, Geofizika və Geologiya İdarəsinin Mədəngeofizika İstehsalat bölümündə və inzibati binasında, Ekologiya İdarəsində, İnformasiya Texnologiyalar və Rabitə İdarəsinin Sanqaçal sahəsində və inzibati binasında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Bakı Neft bazasında, Təhlükəsizlik idarəsində, Sənaye Təhlükəsizlik İdarəsinin 1 saylı əməliyyat və profilaktika dəstələrində, Qaz Emalı Zavodunda, Qaz İxracı İdarəsinin Abşeron Magistral Qaz Kəmərləri Stansiyasının inzibati binasında, Nəqliyyat İdarəsinin 1,2,3,4,5,6 saylı Texnoloji Nəqliyyat Departamentlərinin nəqliyyat vasitələrində, 1 saylı Texnoloji Nəqliyyat Departamentinin təmir emalatxanasında  və 2 saylı Texnoloji Nəqliyyat Departamentinin inzibati binasında, Kəşfiyyatgeofizika İctimai Birliyində, Metanol zavodunda, Kompleks Qazma işləri trestinin inzibati binasında və tədqiqatlar laboratoriyasında, Karbamid zavodunda, Sumqayıt Qaz İstismar sahəsində, 28 may NQÇİ-də, 1,2,4 saylı Texnoloji Nəqliyyat Departamentinin 1,2,3,4 saylı Avto və Xidməti Texniki Sahədə, Bakı Regional Qaz Satış Departamentində, Neft Kəmərləri İdarəsinin  Qaradağ İstehsalat Bölümünün Daşgil  və Buta Neft Vurma sahələrində, İxrac İstehsalat bölümündə, Abşeron İstehsalat Bölümünün Sumqayıt Neftin Təhlili sahəsində, Neft Kəmərləri İdarəsinin Dübəndi İstehsalat Bölümündə və Təmir Tikinti idarəsində, H.Əliyev adına Neft Emalı Zavodunun inzibati binasında və sahələrində, Neftqaztikinti trestinin 2, 6, 7 saylı Tikinti Quraşdırma Bölümlərində, xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində, o cümlədən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (“Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən əraziləri), 2-ci (Qaz Emalı zavodunun ərazisi, “Bibiheybətneft” NQÇİ-nin mədən əraziləri) sahələrində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, məişət və geyinib-soyunma otaqlarında ümumilikdə 457 113 kv.m deratizasiya, 373 550 kv.m dezinseksiya və 1 017 284 kv.m sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilər hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi,  maarifləndirmə işlərinin aparılması  ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlumat üçün bildirilir ki, Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli “Sanitariya - epidemioloji  salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 31 may saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə  Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD -19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.  


































 


tarix : 05.06.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.