ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də 5 iyun - “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” münasibətilə ekoloji yönümlü bir çox işlər görülmüşdür.
5 iyun  - “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü”  11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət  xadimlərinin imzası ilə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə ünvanlanmış müraciət səbəb olmuşdur. Bu müraciətlə onlar bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq etmişlər. Bununla əlaqədar olaraq 16 dekabr 1972 ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında bu günün qeyd olunması elan edilmişdir. Həmçinin bu sessiyada Birləşmiş Millətlər Təşkilatının sistemində yeni təşkilat – BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılmışdır. Hər il olduğu kimi bu il də bu təşkilat tərəfindən 5 iyun  - “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” kimi qarşılanmışdır.

Ölkəmizdə də hər il 5 iyun tarixində əlaqədar təşkilatlar tərəfindən “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” böyük ruh yüksəkliyi ilə qarşılanır və əhalinin diqqəti bir daha ekoloji problemlərə cəlb edilir.
Ekoloji yönümlü layihələr və xidmətlər həyata keçirən “Ekol Mühəndislik Xidmətləri” QSC-də hər il olduğu kimi 2020-ci ildə də 5 iyun  - “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” münasibətilə “Biomüxtəlifliyin qorunması” mövzusunda qarşılanmışdır.
QSC-nin əsas məqsədi ətraf mühitin mühafizəsi sahəsindəki rolu, ətraf mühitə vətəndaş münasibəti, Respublikamızda ətraf mühitin mühafizəsi sahəsində görülən işlər, tullantılardan çirklənmənin cəmiyyət üçün zərərli olması və 2020-ci ildə 5 iyun - “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü”  mövzusu olan “Biokimyəvililiyin qorunması”nın təxirəsalınmaz və həlli vacib məsələlərə həsr olunmasından ibarət olmuşdur.
5 iyun  - “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” münasibətilə  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin bütün xidmət sahələrində Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkə ərazisində tətbiq edilmiş karantin rejiminin bütün qaydalarına əməl etməklə fərdi qaydada müxtəlif növ qızılgül, ağac və kol bitkilərinə aqrotexniki xidmətlər göstərilmişdir. İstehsalat sahələri alaq otlardan, eləcə də digər tullantılardan təmizlənərək abadlıq və yaşıllıqlara qulluq işləri yerinə yetirilmişdir. 
















tarix : 05.06.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.