ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin(01 iyun– 07 iyun 2020)günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə (COVİD - 19)infeksiyasının yayılmaması ilə bağlı profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (01 iyun - 07 iyun 2020) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 03 mart 2020-ci il tarixli əmrində nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları bir sıra həlli vacib işlər yerinə yetirmişlər. 
SOCAR-ın baş ofisində, Təsərrüfat İdarəsində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin (H.Z.Tağıyev adına NQÇİ-də, Dalğıc Xidməti sahəsində, Abşeron NQÇİ-də, Dalma qurğularının təmiri və kirayəsi üzrə Elmi İstehsalat Müəssisəsində, Maddi Texniki Təchizat İdarəsində, N.Nərimonov adına NQÇİ-nin və Ə.Əmirov adına NQÇİ-nin inzibati binasında), Qaz İxracı İdarəsinin Anbar Təsərrüfatı və Abşeron MQKS Xaşaxuna Qaz Paylayıcı Stansiyada, İnformasiya Texnologiyalar və Rabitə İdarəsinin (inzibati binasında, Daşgil Sanqaçal RİS, Qobustan ATS, Abşeron Qala İKXTS), Neftqaztikinti trestinin inzibati binasında, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Azərkimya İstehsalat Birliyinin (Etilen Polietilen zavodunda, Təmir tikinti idarəsində və  inzibati binasında), Azəriqaz İstehsalat Birliyinin (inzibati binasında, Binəqədi Texniki İstismar Xidmətində, Təmir Tikinti İdarəsi 3 saylı Tikinti quraşdırma sahəsində, Metrologiya Departamentində, Sumqayıt Qaz İstismar sahəsində, anbar təsərrüfatında), Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin (inzibati binasında, Gənc mütəxəssislər yataqxanasında və Kadr hazırlığının təşkili mərkəzində), Geofizika və Geologiya İdarəsinin (inzibati binasında, Kompleks Mühəndisi axtarışı istehsalat bölümündə, Kompleks Kəşfiyyatgeofizika istehsalat bölümündə GMEİE-nin inzibati binasında, Mədəngeofizika İstehsalat bölümünün Sanqaçal sahəsində), Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin (inzibati binasında, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bölümündə), Təhlükəsizlik idarəsinin inzibati binasında, Nəqliyyat İdarəsinin (inzibati binasında, 1,2,3,4,5,6 saylı Texnoloji Nəqliyyat Departamentlərinin nəqliyyat vasitələrində, 1 saylı Texnoloji Nəqliyyat Departamentinin 3 saylı avtodəstədə, 2 saylı Texnoloji Nəqliyyat Departamentinin 3 saylı avtodəstədə və 5 nəqliyyat vasitələrində, 3 saylı Texnoloji Nəqliyyat Departamentinin inzibati binasında və nəqliyyat vasitələrində, 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 1 saylı avtodəstədə və 32 nəqliyyat vasitələrində, 1,2,3,4 saylı Avtomobil və Xüsusi Texnika Sahələrində, 5 saylı Texnoloji Nəqliyyat Departamentinin inzibati binasında, 1 saylı Avtomobil və Xüsusi Texnika Sahəsində və 10 nəqliyyat vasitəsində, 6 saylı Texnoloji Nəqliyyat Departamentinin inzibati binasında və nəqliyyat vasitələrində), Sosial İnkişaf İdarəsi inzibati binasının anbar təsərrüfatında, Sənaye Təhlükəsizliyi İdarəsinin inzibati binasında, Metanol zavodunun ərazisində, H.Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 1 və 3 saylı xidmət sahələrində, Kompleks Qazma işləri trestinin inzibati binasında və 1 saylı Anbar təsərrüfatında, Karbamid zavodunun ərazisində, Bakı Ali Neft Məktəbinin inzibati binasında, Neft Kəmərləri İdarəsinin (anbar təsərrüfatında, Abşeron İstehsalat Bölümünün Suraxanı OİL, Abşeron İstehsalat Bölümünün Binəqədi sahəsində, Sumqayıt sahəsinin inzibati binasında, Abşeron İstehsalat Birliyində Sabunçu Neftin Nəqli sahəsində (NNS), İxrac İdarəsinin Sumqayıt NÖC, Qaradağ İstehsalat Bölümünün Daşgil NNS və Puta NNS, Qaradağ İstehsalat Birliyinin Binəqədi sahəsində), Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binasında, H.Əliyev adına Neft Emalı Zavodunun (inzibati binasında, 1,2,5,6,8,9,10,11,13,14,17,19,23,26-cı sahələrində, Yanğından mühafizə dəstəsinin 13 saylı Yanğından mühafizə hissəsində), SOCAR-ın Ekologiya İdarəsinin (Balaxanı ölçmə məntəqəsində, Təmir və tikinti sahəsində, Kompleks Tədqiqatlar laboratoriyasında, Ekoloji ölçmə və Tullantıların İdarəolunması Departamentində, Ekoloji Monitorinq Departamentində), Bakı Olimpiya Stadionunda, o cümlədən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Torpaqların Rekultivasiyası Departamentinin inzibati binasında (A4), 1-ci (“Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən əraziləri), 2-ci (Qaz Emalı zavodunun ərazisi, “Bibiheybətneft” NQÇİ-nin mədən əraziləri) sahələrində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, məişət və geyinib-soyunma otaqlarında ümumilikdə 562 647 mderatizasiya, 361 371 m2  dezinseksiya və 421 919 msahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Yay mövsümü gəlişi ilə əlaqədar SOCAR-ın strukturunda olan idarə və müəssisələrinin ərazilərində 16 498 m2 sahələrdə sürünənlərə qarşı da dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilər hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi,  maarifləndirmə işlərinin aparılması  ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlumat üçün bildirilir ki, Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli “Sanitariya - epidemioloji  salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 15 iyun saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə  Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD -19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.  






























 

tarix : 10.06.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.