ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin (08 iyun – 13 iyun 2020) günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus infeksiyasının yayılmaması ilə bağlı profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlə
Karantin günlərində (08 iyun-13 iyun 2020) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 03 mart 2020-ci il tarixli əmrində nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları bir sıra həlli vacib işlər yerinə yetirmişlər. 
SOCAR-ın baş ofisində, Təsərrüfat İdarəsində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin (inzibati binasında, Abşeronneft NQÇİ-də, Bibiheybət NQÇİ-də, H.Z.Tağıyev adına NQÇİ-də, Dalğıc xidmətində, Dalma Qurğularının Təmiri və Kirayəsi Üzrə Elmi İstehsalat Müəssisəsində, 28 May NQÇİ-nin Qazın tam hazırlanması və təhvili sahələrində, Zirə və Hövsanda), Maddi Texniki Təchizat İdarəsinin 1 saylı Zığ bazasında, Qaz Anbarları İstismarı İdarəsinin (Kompessor Stansiyasında, İstehsalat proseslərinin avtomatlaşdırılması və Nəzarət Ölçü Cihazları sahəsində, Elektrik Təchizatı və elektrik Avadanlıqlarının Təmiri sahəsində, Qaradağ Qazsaxlama sahəsində, Mərkəzi Aparatda, Quyuların əsaslı və yeraltı təmiri sahəsində, İstismar avadanlıqları təmir sahəsində), Qaz İxracı İdarəsinin inzibati binasında, Korroziyadan mühafizə sahəsində, İnformasiya Texnologiyalar və Rabitə İdarəsinin inzibati binasında, Neftqaztikinti trestinin (inzibati binasında, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində), Azərkimya İstehsalat Birliyinin (Etilen Polietilen zavodunda, Təmir tikinti idarəsində və  inzibati binasında), Azəriqaz İstehsalat Birliyinin (inzibati binasında, Səbail Xidmət sahəsində, Xətai Texniki İstismar xidmətində, Təmir Tikinti İdarəsi 3 saylı Tikinti quraşdırma sahəsində), Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin (inzibati binasında, Dənizdə İnsan Həyatının mühafizəsi sahəsində), Geofizika və Geologiya İdarəsinin (Güzdək sahəsində, inzibati binasında, Kompleks Mühəndisi axtarışı istehsalat bölümündə, Kompleks Kəşfiyyatgeofizika istehsalat bölümündə, GMEİE-nin inzibati binasında, AzəriMədəngeofizika və BaharMədəngeofizika ekspedisiyası sahələrində), Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin (inzibati binasında, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bölümündə), Təhlükəsizlik idarəsinin inzibati binasında, Nəqliyyat İdarəsinin (inzibati binasında, 2,3,4,5,6 saylı Texnoloji Nəqliyyat Departamentlərinin inzibati binalarında və nəqliyyat vasitələrində), Sosial İnkişaf İdarəsi inzibati binasında, Sənaye Təhlükəsizliyi İdarəsinin inzibati binasında, Metanol zavodunun ərazisində, Karbamid zavodunun ərazisində, Bakı Ali Neft Məktəbinin inzibati binasında, Neft Kəmərləri İdarəsinin (inzibati binasında, Dübəndi İstehsalat Bölümündə, İxrac İstehsalat Bölümünün inzibati binasında, Sumqayıt Nəzarət Ölçü Cihazları sahəsində, Suraxanı neft vurma sahəsində, Abşeron İstehsalat Bölümünün Sumqayıt sahəsində, Suraxanı OİL, Puta NNS), Neftqazelmitədqiqatlayihə İnstitutunun (inzibati binasında, Eksperimental Təcrübə Sınaq İşləri Bazası), H.Əliyev adına Neft Emalı Zavodunun (inzibati binasında, 2,3,4,5,7,10,11,12,17,22,25,26-cı sahələrində, Yanğından mühafizə dəstəsinin 11,14,16,18 saylı Yanğından mühafizə hissəsində), SOCAR-ın Ekologiya İdarəsinin (Balaxanı ölçmə məntəqəsində, Təmir və tikinti sahəsində, Kompleks Tədqiqatlar laboratoriyasında, Ekoloji ölçmə və Tullantıların İdarəolunması Departamentində, Ekoloji Monitorinq Departamentində), o cümlədən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (“Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən əraziləri), 2-ci (Qaz Emalı zavodunun ərazisi), Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, məişət və geyinib-soyunma otaqlarında ümumilikdə 222 660 m2 deratizasiya, 306 369 m2 dezinseksiya və 482 756 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Yay mövsümü ilə əlaqədar SOCAR-ın strukturunda olan idarə və müəssisələrinin ərazilərində 18 180 m2 sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilər hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi,  maarifləndirmə işlərinin aparılması  ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlumat üçün bildirilir ki, Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli “Sanitariya - epidemioloji  salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 01 iyul saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə  Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD -19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.  









































tarix : 18.06.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.