ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin (16 iyun – 22 iyun 2020) günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus infeksiyasının yayılmaması ilə bağlı profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirl
Karantin günlərində (16 iyun - 22 iyun 2020) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 03 mart 2020-ci il tarixli əmrində nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları bir sıra həlli vacib işlər yerinə yetirmişlər. 
SOCAR-ın baş ofisində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında, 1 saylı Zığ bazasında, Ə.Əmirov adına NQÇİ-də, Qaz Anbarları İstismarı İdarəsinin idarəsində, Abşeronneft NQÇİ-də, Bibiheybət NQÇİ-də, H.Z.Tağıyev adına NQÇİ-də, Dalma Qurğularının Təmiri və Kirayəsi Üzrə Elmi İstehsalat Müəssisəsində, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi Departamentində, Abşeron MQKS inzibati binasında və Masazır Qaz paylayıcı stansiyasında, İnformasiya Texnologiyalar və Rabitə İdarəsinin inzibati binasında, Neftqaztikinti trestinin inzibati binasında və onun bölümlərində, Azərkimya İstehsalat Birliyinin inzibati binasında onun struktur bölmələri olan Etilen Polietilen zavodunda və Təmir tikinti idarəsində, Azəriqaz İstehsalat Birliyinin inzibati binasında, Geofizika və Geologiya İdarəsinin inzibati binasında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və Bakı Neft Bazasında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1,2,3,4,5,6 saylı Texnoloji Nəqliyyat Departamentlərinin inzibati binalarında və nəqliyyat vasitələrində, Sosial İnkişaf İdarəsinin inzibati binasında və Anbar Təsərrüfatı bölümündə, Sənaye Təhlükəsizliyi İdarəsinin inzibati binasında, 1 və 2 saylı əməliyyat dəstələrində, Metanol zavodunun ərazisində, Karbamid zavodunun ərazisində, Kompleks Qazma işləri trestinin Bulla yatağında, Bakı Ali Neft Məktəbinin inzibati binasında, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Dübəndi İstehsalat Bölümündə, Abşeron İstehsalat Bölümünün Sumqayıt sahəsində, Qaradağ İstehsalat Bölümünün Binəqədi sahəsində, İxrac İstehsalat Bölümünün Sumqayıt sahəsində və Neftin ölçülməsi sahəsində, H.Əliyev adına Neft Emalı Zavodunun inzibati binasında və 8,11,13,14,16,17,18,19,20,24,25,26-cı sahələrində, SOCAR-ın Ekologiya İdarəsinin struktur bölmələri olan Balaxanı ölçmə məntəqəsində, Təmir və tikinti sahəsində, Kompleks Tədqiqatlar laboratoriyasında, Ekoloji ölçmə və Tullantıların İdarəolunması Departamentində, Ekoloji Monitorinq Departamentində, Bakı Olimpiya Stadionunda, Neftçi İdman Klubu İctimai Birliyinin inzibati binasında və Məşəl İdman Klubunda, o cümlədən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (“Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən əraziləri), 2-ci (Qaz Emalı zavodunun ərazisi) sahələrində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, məişət və geyinib-soyunma otaqlarında ümumilikdə 225 785 m2 deratizasiya, 229 777 m2 dezinseksiya və 442 256 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Yay mövsümü ilə əlaqədar SOCAR-ın strukturunda olan idarə və müəssisələrinin ərazilərində 13 938 m2  sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilər hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi,  maarifləndirmə işlərinin aparılması  ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli “Sanitariya - epidemioloji  salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 01 avqust saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə  Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD -19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.  








































 

tarix : 24.06.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.