ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin(23 iyun–30 iyun 2020)günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus infeksiyasının yayılmaması ilə bağlı profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (23 iyun - 30 iyun 2020) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 03 mart 2020-ci il tarixli əmrində nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları bir sıra həlli vacib işlər yerinə yetirmişlər. 
SOCAR-ın baş ofisində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında, N.Nərimanov adına NQÇİ-də, “28 may” NQÇİ-nin Dübəndi sahəsində, Abşeronneft NQÇİ-də, Bibiheybətneft NQÇİ-də, H.Z.Tağıyev adına NQÇİ-də və Dalma Qurğularının Təmiri və Kirayəsi Üzrə Elmi İstehsalat Müəssisəsində, Dalğıc qəza xidmətində, Ə. Əmirov adına NQÇİ-də, Qaz Anbarları İstismarı İdarəsi və onun sahələrində, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi Departamentində, Abşeron MQKS inzibati binasında, İnformasiya Texnologiyalar və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Daşgil, Qobustan, Abşeron Qala sahələrində, Neftqaztikinti trestinin inzibati binasında və onun bölümlərində, Azərkimya İstehsalat Birliyinin inzibati binasında onun struktur bölmələri olan Etilen Polietilen zavodunda və Təmir Tikinti idarəsində, Azəriqaz İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Metrologiya Departamentində, Qaradağ Xidmət sahəsində, Sumqayıt Qaz İstismar Sahəsində, Təmir Tikinti İdarəsinin inzibati binasında və onun Qəza Təmir Bərpa sahəsində, Binəqədi, Nərimanov, Yasamal, Abşeron, Nəsimi, Xətai Texniki İstismar Xidmətlərində, anbar təsərrüfatı bölümündə, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Mədən Geofizika İstehsalat Bölümünün “Bahar” MGE-də, Mühəndis Axtarışı, Mədəngeofizika, Kəşfiyyatgeofizika İstehsalat Bölümlərində, Geofiziki Materialların emalı inpretasiya ekspredisiyasında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan Bakı Neft Bazasında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1,2,3,4,5,6 saylı Texnoloji Nəqliyyat Departamentlərinin inzibati binalarında və nəqliyyat vasitələrində, Sənaye Təhlükəsizliyi İdarəsinin 2 saylı əməliyyat dəstəsində,  Kompleks Qazma işləri trestinin Logistika və “Günəşli” İstehsalat Bölümlərində, Bakı Ali Neft Məktəbinin inzibati binasında, Balaxanı Əməliyyat Şirkətində, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Dübəndi İstehsalat Bölümündə, Abşeron İstehsalat Bölümünün Sabunçu Neftin Nəqli Sahəsində (NNS), Qaradağ İstehsalat Bölümünün Daşgil NNS-də, Anbar Təsərrüfat Bölümünün NZS-də, İxrac İstehsalat Bölümünün inzibati binasında, H.Əliyev adına Neft Emalı Zavodunun inzibati binasında, onun struktur bölmələri olan 1,6,7,8,9,11,12,13,14,16,17,18,22,23,24,25-ci sahələrində, yeməkxanada və yataqxanasında, tibb və Polis Mühafizə məntəqələrində, Neftçi İdman Klubu İctimai Birliyinin inzibati binasında və Məşəl İdman Klubunda,  xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin  Tullantıların İdarə Edilməsi Mərkəzində, o cümlədən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (“Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən əraziləri), 2-ci (Bibiheybət sahəsində, Qaz Emalı zavodunun ərazisi) sahələrində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, məişət və geyinib-soyunma otaqlarında ümumilikdə 127 248 m2 deratizasiya, 127 154 m2 dezinseksiya və 388 734 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Yay mövsümü ilə əlaqədar SOCAR-ın strukturunda olan idarə və müəssisələrinin ərazilərində 17 510 m2 sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi,  maarifləndirmə işlərinin aparılması  ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli “Sanitariya - epidemioloji  salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 01 avqust saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə  Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD -19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.  



































tarix : 01.07.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.