ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də qanvermə aksiyası keçirilmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün  qan ehtiyatının yaradılmasına dəstək çağırışına “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əməkdaşları da qoşulmuşlar.

Bununla əlaqədar  09 iyul 2020-ci il tarixdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində “Qan ver, yaşat!” adlı yardım aksiyası keçirilmişdir.
Həkim-hemotoloqlar tərəfindən cəmiyyətin donor əməkdaşlarının sağlamlıqları öncədən yoxlanılıb, hər tərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Kollektivin bu aksiyaya qoşulmasının əsas məqsədi pandemiya dövründə qana ehtiyacı olan talassemiya və hemofiliya, eləcə də leykoz xəstələrinə dəstək olmaq, eyni zamanda bütün dünyanın koronavirus (COVİD-19)-la  mübarizə apardığı, ölkəmizdə karantin rejimi ilə əlaqədar insanlara evdə qalmaq və çölə çıxmamaq məsləhəti görüldüyü bir zamanda bu xəstələrə yardım etmək, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qan ehtiyatının yaradılmasına dəstək çağırışına qoşulmaqdan ibarət olmuşdur.
Aksiyada “Ekol Mühəndislik Xidmətləri” QSC –nin yüzə yaxın əməkdaşı iştirak etmişdir.
Bu kimi tədbirlər belə çətin günlərdə qana ehtiyacı olan vətəndaşlarımıza böyük dəstəkdir və bundan sonra da xeyriyyə aksiyalarında “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əməkdaşları davamlı olaraq iştirak edəcəklər.














tarix : 09.07.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.