ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin (01 iyul–11 iyul 2020)günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus infeksiyasının yayılmaması ilə bağlı profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (01 iyul - 11 iyul 2020) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 03 mart 2020-ci il tarixli əmrində nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın baş ofisində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin struktur bölmələri olan Maddi Texniki Təchizat İdarəsinin inzibati binasıda, N.Nərimanov adına NQÇİ və onun sahələrində, “28 may” NQÇİ-nin Dübəndi və Hövsan sahəsində, Abşeronneft NQÇİ-də, Ə.Əmirov adına NQÇİ-də, H.Z.Tağıyev adına NQÇİ-də və Dalma Qurğularının Təmiri və Kirayəsi Üzrə Elmi İstehsalat Müəssisəsində, Dalğıc qəza xidmətinin inzibati binasında və 1№li sahəsinin (Pirallahı) qəza xidmətində, Qaz Anbarları İstismarı İdarəsi və onun sahələrində, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi Departamentində, Abşeron MQKS-nin Zığ Qaz Paylayıcı stansiyasında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Sanqaçal, Qobustan, Qala sahələrində, Neftqaztikinti trestinin 7 saylı TQB-də, Azərkimya İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Etilin-Polietilen zavodunda və Təmir Tikinti idarəsində, Qaz Emalı Zavodunda, Azəriqaz İstehsalat Birliyinin və onun struktur bölmələri olan Bakı regional Qaz Sayğaclar Departamentinin inzibati binasında,  Metrologiya Departamentində,  Xətai Texniki İstismar Xidməti sahəsində,  Sumqayıt Qaz İstismar Sahəsində, Təmir Tikinti İdarəsi və 4 saylı qəza təmir bərpa xidməti sahəsində, Nərimanov,  Suraxanı, Sabunçu,Yasamal texniki istismar sahələri, Bakı Regional Qaz Sayğaclar Departamentinin inzibati binasında, Geofizika və Geologiya İdarəsinin inzibati binasında, onun struktur bölmələri olan Mədən Geofizika İdarəsinin Sanqaçal sahəsində, “Bahar” MGE, Mühəndis Axtarışı, Mədəngeofizika, Azəri Mədəngeofizika Ekspedisiyası, Kəşfiyyatgeofizika İstehsalat bölümlərində və Geofiziki Materialların emalı inpretasiya ekspredisiyasında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1,2,3,4,5,6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında və nəqliyyat vasitələrində, Sosial İnkişaf İdarəsinin inzibati binasında, Sənaye Təhlükəsizliyi İdarəsinin inzibati binasında, Kompleks Qazma işləri trestinin inzibati binasında, onun struktur bölmələri olan Tamponaj, “Bulla”- “8 mart”- “Ümid”, 1 və 2 saylı anbar təsərrüfatı, Neft Daşları İstehsalat bölümlərində, Karbamid zavodunda, Metanol zavodunda, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  strukturuna  aid olan Dübəndi ,Abşeron ,  Qaradağ, Suraxanı istehsalat bölümlərində, Abşeron Neftin Nəqli sahəsində, Qaradağ İstehsalat Bölümünün Daşgil və Puta NNS-də, Anbar Təsərrüfat Bölümünün NZS sahəsində, H.Əliyev adına Neft Emalı Zavodunun inzibati binasında, Akt zalında,  onun struktur bölmələri olan 1,2,3,4,5,7,8,9,11,12,13,14,16,17,18,20,22,24,25,26-cı sahələrində, Təhlükəsizlik İdarəsinin inzibati binası və idman zalında, SOCAR-ın Ekologiya İdarəsinin Balaxanı ölçmə məntəqəsində, Təmir və texniki xidmət sahəsində, Kompleks Tədqiqat Laboratoriyasında, H.Əliyev adına Bakı Dərin Özüllər Zavodunda, “Suraxanı Oyl Opereyşn Kompani S.A.” şirkətində, Azgerneft MMC-də,  o cümlədən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində,  Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (“Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən əraziləri Qala, Qışlaq sahələri və Dübəndi İB), 2-ci (Bibiheybətneft NQÇİ, Qaz Emalı zavodunun ərazisi), Tullantıların Emalı Departamentinin  4-cü (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, məişət və geyinib-soyunma otaqlarında ümumilikdə 807 319 m2 deratizasiya, 199 033 m2 dezinseksiya və 679 858 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Yay mövsümü ilə əlaqədar SOCAR-ın strukturunda olan idarə və müəssisələrinin ərazilərində    500   m2 sahədə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi,  maarifləndirmə işlərinin aparılması  ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli “Sanitariya - epidemioloji  salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 01 avqust saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə  Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD -19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və  “Ekol Mühəndislik  Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.





































tarix : 14.07.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.