ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin(21-27 iyul 2020-ci il)günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus infeksiyasının yayılmaması ilə bağlı profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (21 iyul - 27 iyul 2020) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 03 mart 2020-ci il tarixli əmrində nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın baş ofisi, İnsan Resursları Departamenti və Təsərrüfat İdarəsində, “Azneft” İstehsalat Birliyi və onun struktur bölmələri olan Maddi Texniki Təchizat İdarəsi və  Qaz Anbarları İstismarı İdarəsinin  inzibati binalarında, Mərkəzi anbar, Qaradağ qazsaxlama, İstehsalat Proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları və İstismar avadanlıqlarının təmiri sahələrində, Qaradağ Kompressor stansiyasında, H.Z. Tağıyev adına NQÇİ-nin inzibati binasında, onun struktur bölmələri olan Quyuların əsaslı və yeraltı, Elektrik təchizatı və elektrik avadanlıqlarının təmiri sahələrində, Bibiheybətneft və Ə.Əmirov adına NQÇİ-lərdə, Dalğıc qəza xidmətində,  Dalma Qurğularının Təmiri və Kirayəsi Üzrə İstehsalat Müəssisəsində,  Neft Kəmərləri İdarəsi və onun  struktur bölmələri  olan  Anbar Təsərrüfatı Bölümünün Neft Zavodu, Neftin ölçülməsi, Abşeron İstehsalat Bölümünün Suraxanı, Böyükşor Sumqayıt və Qaradağ  İB-nün  Puta Neftin Nəqli sahələrində, İxrac İstehsalat bölümünün inzibati binasında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında, Təhlükəsizlik idarəsinin inzibati binasında, “Neftqaztikinti” trestinin inzibati binası və bölümlərində, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Etilen-Polietilen zavodunda, Təmir Tikinti idarəsində, Qaz Emalı zavodunun inzibati binasında, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Abşeron Magistral Qaz Kəmərləri sahəsində,  Azəriqaz İstehsalat Birliyinin struktur bölmələri olan Bakı Regional Qaz Sayğacları Departamentində, Anbar Təsərrüfatı bölümündə, Təmir Tikinti İdarəsinin inzibati binasında,  Bərpa  və  Qəza xidməti, Sumqayıt, Səbail Qaz İstismarı, Binəqədi, Nəsimi, Yasamal Texniki istismar sahələrində, Geofizika və Geologiya İdarəsinin  inzibati binasında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binası və onun struktur bölmələri olan Bakı Neft, Neft məhsullarının Qəbulu və Göndərilməsi bazalarında,  Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1,2,3,4,5,6 saylı Texnoloji Nəqliyyat  Departamentlərində, 3 saylı Avto və Xüsusi Texnika sahəsində və nəqliyyat vasitələrində,  Sosial İnkişaf İdarəsinin inzibati binasında,  Sənaye Təhlükəsizliyi İdarəsinin inzibati binasında və 1, 2 saylı Əməliyyat dəstələrində, Kompleks Qazma işləri trestinin, Karbamid və Metanol zavodlarının inzibati binalarında,  H.Əliyev adına Neft Emalı Zavodunun inzibati binasında onun struktur bölmələri olan 1,2,8,9,11,13,14,16,17,19,22,25,26-cı sahələrində, Polis və  11 saylı  Hərbiləşdirilmiş Yanğından Mühafizəsi hissələrində,  xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Torpaqların Rekultivasiyası Departamentinin (A-4) inzibati binasında və 2-ci yaşıllaşdırma (Bibiheybətneft NQÇİ-nin ərazisi) sahəsində, Tullantıların Emalı Departamentinin  4  saylı sahəsində, məişət və geyinib-soyunma otaqlarında ümumilikdə  199 921 m2  deratizasiya, 207 524 m2 dezinseksiya və  404 499 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Yay mövsümü ilə əlaqədar SOCAR-ın strukturunda olan idarə və müəssisələrinin ərazilərində    6 650 m2 sahədə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli “Sanitariya - epidemioloji  salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə  Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD -19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.



































tarix : 29.07.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.