ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus infeksiyasının yayılmaması ilə bağlı profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (28 iyul - 4 avqust 2020) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 03 mart 2020-ci il tarixli əmrində nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın baş ofisi, İnsan Resursları Departamenti və Təsərrüfat İdarəsində, “Azneft” İstehsalat Birliyi və onun struktur bölmələri olan Abşeronneft, N.Nərimanov və  H.Z. Tağıyev adına NQÇİ-lərinin inzibati binalarında, Dalğıc xidmətinin 1 saylı sahəsində, 28 may NQÇİ-nin Neftin Tam hazırlanması və Təhvili sahəsində, Dalma Qurğularının Təmiri və Kirayəsi Üzrə İstehsalat Müəssisəsində,  Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  struktur bölmələri  olan Dübəndi, Qaradağ,  Anbar Təsərrüfatı Bölümlərində, Azərkimya İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Etilen-Polietilen zavodunda və Təmir Tikinti idarəsində, Qaz Emalı zavodunun inzibati binasında, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan  Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi Departamentində, Azəriqaz İstehsalat Birliyinin struktur bölmələri olan Bakı Regional Qaz Sayğacları Departamentində, Abşeron, Nərimanov, Nəsimi, Yasamal Texniki İstismar Xidməti sahələrində, Geofizika və Geologiya İdarəsinin  inzibati binasında, onun struktur bölmələri olan  Kompleks Mühəndis Axtarışı,  Mədən Geofizika, Kəşfiyyat Geofizika İstehsalat və Geofiziki Materialların Emalı İnpretasiya Ekspredisiyası bölümlərində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi və onun struktur bölməsi olan Bakı Neft bazasında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, onun struktur bölmələri olan Qala, Sanqaçal, Qobustan Rabitə İnformasiya sahələrində, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 2,3,4,5,6 saylı Texnoloji Nəqliyyat  Departamentlərində, 2, 3, 4 saylı Avto və Xüsusi Texnika sahələri və nəqliyyat vasitələrində, Bakı Ali Neft Məktəbi və Sənaye Təhlükəsizliyi İdarəsinin inzibati binalarında, “Suraxanı Oyl Opereyşn Kompani S.A.” şirkətində,  Karbamid və Metanol zavodlarının inzibati binalarında,  H.Əliyev adına Neft Emalı Zavodunun inzibati binasında  və onun struktur bölmələri olan 2,3,4,11,20,23,25-ci  sahələrində, Polis  Mühafizəsi  hissəsində,  xidmət göstərdiyimiz  SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların Emalı Departamentinin  3, 4, 5 və 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (“Abşeronneft” və H.Z. Tağıyev adına NQÇİ-in mədən əraziləri), 2-ci yaşıllaşdırma  (Bibiheybətneft  NQÇİ-nin mədən ərazisi) səhələrində, məişət və geyinib-soyunma otaqlarında ümumilikdə  323 740 m2 deratizasiya,  178 899 m2 dezinseksiya və  246 370 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Yay mövsümü ilə əlaqədar SOCAR-ın strukturunda olan idarə və müəssisələrinin ərazilərində  5000 m2 sahədə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli “Sanitariya - epidemioloji  salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD -19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.

































tarix : 07.08.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.