ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi yaşıllaşdırma sahələrində yay mövsümünə uyğun işlər davam etdirilir.
Yay mövsümü ilə əlaqədar respublikamızın bağçılıq təsərrüfatlarında və yaşıllaşdırma sahələrində  mövsümü işlər geniş vüsət almışdır. "Ekol  Mühəndislik  Xidmətləri" QSC-nin xidmət  göstərdiyi  yaşıllaşdırma sahələrində də yay  mövsümünə  uyğun  işlərin icrasına başlanmış və hal-hazırda davam etdirilir. Bununla əlaqədar olaraq, QSC-nin Torpaqların  Rekultivasiyası  Departamentinin  1-ci ("Abşeronneft" və H.Z. Tağıyev adına  NQÇİ-nin mədən əraziləri) və 2-ci ( SOCAR-ın Qaz Emalı Zavodunun  ərazisi və “BibiHeybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində  məqsədyönlü  aqrotexniki  tədbirlər  həyata  keçirilir.

Yay mövsümü ilə əlaqədar yaşıllıq sahələrində ağacların diblərinin boşaldılması, suvarılması işləri və gübrələrlə təmin edilməsi, həmçinin yaşıllıq sahələrində bərpa işlərinin aparılması istiqamətində zəruri tədbirlər görülür, fasiləsiz olaraq ağacların sayı artırılır. Bu məqsədlə yaşıllaşdırma sahələrində 17 375 (Qala ərazisində 7655, “BibiHeybətneft” ərazisində 9720) ədəd mühitə davamlı müxtəlif ağac növləri əkilmişdir. 
Hazırda TRD SOCAR-ın   Qaz  Emalı  Zavodunun ərazisində 11 min 877 ədəd, "Azneft" İB-nin “BibiHeybətneft” NQÇİ-nin mədən ərazisində 74 min 483 ədəd, “Abşeronneft” NQÇİ-nin mədən ərazisində (Pirallahı) 53 min 300 ədəd, H.Z. Tağıyev adına  NQÇİ-nin mədən ərazisində (Qala) 12165 ədəd, TRD-nin inzibati binasının ərazisində (A-4 Zığ sahəsi) isə 4 min 553 ədəd müxtəlif  növ ağac və bəzək kollarına  yay mövsümü ilə əlaqədar aqrotexniki xidmətlər göstərilir.
Yaşıllıq sahələrindəki bitkilər lazım olan ehtiyat qida maddələri, üzvi və mineral gübrələr, münbit torpaq, peyin və su ilə mütəmadi olaraq təmin edilir. Əlavə olaraq budanma işləri və quruyan ağacların yenisi ilə əvəz edilməsi işləri davam etdirilir.
Beləliklə TRD-nin 1-ci və 2-ci sahələrində çalışan işçilər ümumilikdə 62,69 ha sahədə 151 825 ədəd müxtəlif növ ağac, bəzək kolları və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi zamanı COVİD-19 pandemiyası ilə əlaqədar qoruyucu maska, əlcək,  sosial məsafəyə riayət etməklə işləri yüksək səviyyədə yerinə yetirirlər.
QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin  xidmət göstərdiyi yaşıllıq sahələrində  yay mövsümi işlərinin  aqrotexniki qaydalara uyğun və keyfiyyətlə yerinə  yetirilməsi  istiqamətində   zəruri tədbirlər davam etdirilir.





























tarix : 10.08.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.