ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus infeksiyasının yayılmaması ilə bağlı profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (5 avqust -11 avqust 2020) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 03 mart 2020-ci il tarixli əmrində nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın baş ofisi, İnsan Resursları Departamenti və Təsərrüfat İdarəsində, “Azneft” İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Qaz anbarları İstismarı İdarəsinin inzibati binasında, Mərkəi anbarında, Quyuların əsaslı və yeraltı, İstismar avadanlıqlarının təmiri, İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahələrində, Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında, Qaradağ Kompressor stansiyasında,  28 may, Abşeronneft,  Bibiheybətneft,  H.Z. Tağıyev adına NQÇİ-lərin inzibati binalarında, Dalğıc xidmətinin inzibati binasında, Dalma Qurğularının Təmiri və Kirayəsi Üzrə İstehsalat Müəssisəsində,  Neft Kəmərləri İdarəsinin inzibati binası və onun  strukturuna aid olan  Anbar Təsərrüfatı Bölümünün Neft Zavodu, İxrac İstesalat, Abşeron və Qaradağ İstehsalat bölümlərinin Sumqayıt, Suraxanı, Binəqədi, Sabunçu, Dübəndi Neftin Nəqli sahələrində,  Azərkimya  İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Etilen-Polietilen zavodunda və Təmir Tikinti idarəsində, Qaz Emalı zavodunun inzibati binasında, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan  Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi Departamentində, Azəriqaz İstehsalat Birliyinin struktur bölmələri olan Təmir Tikinti İdarəsinin inzibati binasında və Ümumi tikinti sahəsində, Qaz İstismar, 2 və 4 saylı Tikinti quraşdırma və Qəza Təmir Bərpa Xidməti sahələrində, Bakı Regional Qaz Sayğacları Departamentinin inzibati binasında, Anbar Təsərrüfatında, Qaz Kəmərlərinin Sökülməsi, Sabunçu və Nərimanov  Texniki  İstismar Xidməti  sahələrində,   Geofizika və Geologiya İdarəsinin  inzibati binasında, onun strukturuna aid olan  Mədən Geofizika İstehsalat bölümünün  Azəri MGE sahəsində, “Neftqaztikinti” trestinin bölümlərində, Təhlükəsizlik İdarəsinin inzibati binasında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin izibati binasında və onun struktur bölmələri olan Bakı Neft,  Neft Məhsullarının Qəbulu və göndərilməsi bazalarında,  İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında, Nəqliyyat İdarəsinin inzibati binasında, onun struktur bölmələri olan 2,3,4,5,6 saylı Texnoloji Nəqliyyat  Departamentlərində və nəqliyyat vasitələrində, 1 və 4 saylı Avto və Xüsusi Texnika sahələrində, Bakı Olimpiya Stadionunda, Sənaye Təhlükəsizliyi İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1 və 2 saylı əməliyyat dəstələrində, Sosial İnkişaf İdarəsinin inzibati binası və onun struktur bölməsi olan Anbar Təsərrüfatında,  Karbamid və Metanol zavodlarının inzibati binalarında,  H.Əliyev adına Neft Emalı Zavodunun inzibati binasında,  onun struktur bölmələri olan 5,8,7,10,11,13,17,22,23,26-cı sahələrində və Polis  Mühafizəsi  hissəsində, Ekologiya  İdarəsinin inzibati binasında, onun struktur bölmələri olan Təmir və Texniki Xidmət sahəsində, Ekoloji Monitorinq Departamentinin inzibati binasında, Ölçmə və Tullantıların İdarəolunması Departamentində,  Kompleks Tədqiqatlar laboratoriyasında və Balaxanı ölçmə məntəqəsində,  xidmət göstərdiyimiz  SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Torpaqların Rekultivasiyası Departamentinin inzibati binasında (A4), 1-ci (“Abşeronneft” və H.Z. Tağıyev adına NQÇİ-in mədən əraziləri), 2-ci yaşıllaşdırma  (Bibiheybətneft  NQÇİ-nin mədən ərazisi) sahələrində, Tullantıların Emalı Departamentinin 5-ci sahəsində, məişət və geyinib-soyunma otaqlarında ümumilikdə  510 226 m2  deratizasiya,  280 706 m2 dezinseksiya və  539 448 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Yay mövsümü ilə əlaqədar SOCAR-ın strukturunda olan idarə və müəssisələrinin ərazilərində  4000 m2  sahədə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli “Sanitariya - epidemioloji  salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD -19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.

























tarix : 13.08.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.