ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Elektromexanika sexinin kollektivi vəzifə öhdəliklərini layiqincə yerinə yetirir
“Ekol Mühəndislik Xidmətləri” QSC-də Elektromexanika sexinin kollektivi istehsalat  sahələrində istismarda olan qurğu və avadanlıqlara peşəkarlıqla xidmət göstərirlər. Kollektivin işgüzar səyi nəticəsində təmizləyici, ötürücü və emal qurğularında  vaxtaşırı cari və əsaslı təmir işləri aparılır ki, bu da təmizləmə və emal proseslərinin kəmiyyət və keyfiyyətinə öz müsbət təsirini göstərir.  Bununla yanaşı sex tərəfindən sıradan çıxmış  kommunikasiya xətləri yeniləri ilə əvəz edilir, QSC-nin elektrik təsərrüfatında  zəruri təmir və profilaktika işləri keyfiyyətlə yerinə yetirilir. 

Belə ki, Elektromexanika sexinin işçiləri Tullantıların Emalı Departamentinin (TED) 5-ci (H.Əliyev NEZ-nun 9-cu sahəsi) sahəsində “Alfa Laval” şirkətinin dekanter, “Pieralisi” şirkətinin trikanter və FOX-15 separator qurğularında istismar zamanı sıradan çıxmış detallar yenisi ilə əvəz edilir, dekanter qurğusunda istehsalata yararsız olan süzgəclər çıxarılaraq dəyişdirilir, mexaniki və elektrik birləşmələri yoxlanılaraq istismara buraxılır. 
TED-nin 3, 5, 6-cı sahələrində olan elektrik avadanlıqları, yarımstansiyalara gələn yüksək gərginlikli elektrik xətləri, avadanlıqların işə salma qutuları mütəmadi olaraq təftiş edilir, 2 saylı sənaye axarının qəbul hovuzunda 11, 12, 13 saylı nasosların qəbul boruları, A-1 və A-2 göllərin ətrafındakı yanğından mühafizə və neftşlam xətlərinin boruları təmir edilərək nasazlıqlar aradan qaldırılmışdır. 
Elektromexanika sexinin peşəkar mütəxəssislərdən ibarət kollektivi, QSC-nin istehsalat sahələrində texnoloji proseslərin fasiləsizliyini təmin etmək məqsədilə əzmlə çalışırlar.
















tarix : 31.08.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.