ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD - 19) infeksiyasının yayılmaması ilə bağlı profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (25 avqust - 31 avqust 2020) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 03 mart 2020-ci il tarixli əmrində nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın baş ofisi və Təsərrüfat İdarəsində, “Azneft” İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Qaz anbarları İstismarı İdarəsinin inzibati binasında, Mərkəzi anbarında, Qaradağ Kompressor stansiyası və qazsaxlama, Quyuların əsaslı və yeraltı, İstismar avadanlıqlarının təmiri, İstehsalat Proseslərinin Avtomatlaşdırılması və Nəzarət Ölçü Cihazları sahələrində, Maddi Texniki Təchizat İdarəsinin Sənqəçal və İstehsalat xidməti bazalarında, N.Nərimanov adına NQÇİ-nin inzibati binasında, onun struktur bölmələri olan Neftin Kompleks hazırlanması və Nəqli, Qaz kompressor xidməti, Elektrik təchizatı və təmiri, Elmi-tədqiqat və istehsalat işləri sahələrində, 28 may NQÇİ-nin inzibati binasında, onun struktur bölmələri olan Neftin Tam hazırlanması və Təhvili, Dəniz neft-mədən hidrotexniki qurğularının təmiri sahələrində, Abşeronneft,  Bibiheybetneft, Ə.Əmirov adına, H.Z. Tağıyev adına NQÇİ-lərin inzibati binalarında, Dalğıc xidməti sahəsində, “Neftqaztikinti” trestinin inzibati binası və bölümlərində, Sosial İnkişaf İdarəsinin inzibati binasında, Neft Kəmərləri İdarəsinin inzibati binasında, onun  strukturuna aid olan Abşeron İstehsalat bölümünün inzibati binasında, Dübəndi İstehsalat və Qaradağ İstehsalat bölümlərində, Azərkimya  İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Etilen-Polietilen zavodunda və Təmir Tikinti idarəsində, Qaz İxracı İdarəsinin inzibati binasında, onun struktur bölmələri olan Abşeron Magistral Qaz Kəmərləri sahəsinin Şıxov və Buzovna Qaz Paylayıcı məntəqələrində, Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi Departamentində, Azəriqaz İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Qaz İstismarı və Metrologiya,  Bakı Regional Qaz Sayğacları, İstismar və Satış Departamentlərində, Suraxanı və Sumqayıt Qaz İstismar Xidməti sahələrində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında, Geofizika və Geologiya İdarəsinin  inzibati binasında, onun strukturuna aid olan  Kompleks Mühəndis Axtarış və Mədəngeofizika İstehsalat Bölümlərində, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün inzibati binasında, onun strukturuna aid olan Geofiziki Materialların Emalı İnpretasiya, Sənqəçal Mədəngeofizika Ekspedisiyalarında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan Bakı Neft Bazasında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Qala sahəsində, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 3, 4, 5, 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında və onların nəqliyyat vasitələrində, 1, 3 saylı Avto və Xüsusi Texnika sahələrində,  Sənaye Təhlükəsizliyi İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1 saylı Əməliyyat Dəstəsində və 1 saylı Profilaktik Dəstəsində, Metanol zavodunun, Qaz Emalı Zavodunun və H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun inzibati binalarında, Neft Emalı Zavodunun inzibati binasında, onun struktur bölmələri olan 2, 3, 4, 5, 8, 9, 13, 14, 16, 17, 18, 19, 21, 22, 23, 24, 26-cı sahələrində, 11, 18 saylı Hərbiləşdirilmiş yanğından mühafizə dəstələrində, xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (“Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən əraziləri), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən və Qaz Emalı zavodunun əraziləri) sahələrində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, məişət və geyinib-soyunma otaqlarında ümumilikdə  119 572 m2 deratizasiya,  234 478 m2 dezinseksiya və 395 337 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Yay mövsümü ilə əlaqədar SOCAR-ın strukturunda olan idarə və müəssisələrinin ərazilərində 6000 m2 sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli “Sanitariya - epidemioloji  salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD -19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.


























tarix : 02.09.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.