QSC-nin Nəqliyyat sexi SOCAR-ın tabeliyində olan təşkilatların istehsalat sahələrində müxtəlif ekoloji yönümlü layihələr həyata keçirir. Bu layihələrin yerinə yetirilməsində texnoloji qurğuların və xüsusi təyinatlı nəqliyyat vasitələrinin rolu böyükdür.
Cari ildə “Sifarişçi” təşkilatlardan “Suraxanı Oyl Opereyşn Kompani” Şirkəti ilə bağlanmış müqaviləyə əsasən şirkətin mədən ərazilərində mövcud gölməçələrin qurudulması, neftin hasilatı zamanı formalaşan çirkab və axıntı suların, emal prosesi zamanı formalaşan neftşlamın gün ərzində yığılması və təmizləyici qurğulara daşınması məqsədilə Nəqliyyat sexinin xüsusi təyinatlı avtonəqliyyat vasitələri cəlb olunmuşdur. Həmin xüsusi təyinatlı avtonəqliyyat vasitələri ilə şirkətin NQÇS-nin 1 saylı mədən ərazisindən yığılan neftşlamı və digər tullantıları utilizasiya məqsədilə NQÇS-nin 3 saylı mədən ərazisindəki xüsusi anbarlara daşınır.
Görülən işlərin davamı olaraq Nəqliyyat sexinin tabeliyində olan xüsusi təyinatlı nəqliyyat vasitələri ilə müqavilə əsasında xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzindən Tullantıların Emalı Departamentinin (H.Əliyev adına NEZ-nun 9-cu sahəsi) 6-cı sahəsinə istehsalat zamanı əmələ gələn çirkab suların, 4-cü sahədə neftşlamın şlam anbarına daşınması və 3-cü sistemdən 2-ci sistemə istehsalat sularının nəqli xəttinin ( F 400 mm ) yararsız hissəsinin yenisi ilə əvəzlənməsi, 6-cı sahədə emal nəticəsində əmələ gələn quru qalıqlar “Draqlayn” xüsusi texnika vasitəsi ilə qarışdırılaraq KAMAZ markalı özüboşaldan nəqliyyata yüklənərək xüsusi ərazilərə boşaldılır. Eləcə də SOCAR-ın struktur bölmələri olan “Neftqaztikinti” trestinin, Karbamid zavodunun, “Azəriqaz” İB-nin, Qaz Ambarları İstismar İdarəsinin və Neft Kəmərləri İdarəsinin ərazilərindən xüsusi təyinatlı nəqliyyat vasitələri ilə axıntı çirkab suların daşınma işləri yerinə yetirilir.
Nəqliyyat sexinin istifadəsində olan xüsusi texnika və avtokran vasitələri daima QSC-nin istehsalat sahələrinə yönəldilərək müxtəlif təyinatlı işlər görürlər.