ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD - 19) infeksiyasının yayılmaması ilə bağlı profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (1 sentyabr – 7 sentyabr 2020) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 03 mart 2020-ci il tarixli əmrində nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın baş ofisi, İnsan Resursları Departamenti  və Təsərrüfat İdarəsində, “Azneft” İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Maddi Texniki Təchizat İdarəsinin 2 saylı Sənqəçal bazasında, N.Nərimanov adına NQÇİ-nin inzibati binasında, onun struktur bölmələri olan Neftin Kompleks hazırlanması və Nəqli sahəsində, 28 may NQÇİ-nin inzibati binasında, onun struktur bölmələri olan Neftin Tam hazırlanması və Təhvili sahəsində, Abşeronneft,  H.Z.Tağıyev adına NQÇİ-lərin inzibati binalarında, Dalma Qurğularının təmiri və kirayəsi üzrə elmi istehsalat müəssisəsində, Dalğıc xidmətinin 1 saylı istehsalat sahəsində, “Neftqaztikinti” trestinin inzibati binası və bölümlərində, Sosial İnkişaf İdarəsinin inzibati binasında və Anbar Təsərrüfatında, Neft Kəmərləri İdarəsinin inzibati binasında, onun  strukturuna aid olan Anbar Təsərrüfat bölümünün Neft Zavodu, Qaradağ İstehsalat bölümünün Daşqil Neftin Nəqli, Abşeron İstehsalat bölümünün Suraxanı Neftin Nəqli sahələrində və Dübəndi İstehsalat bölümünün inzibati binasında, Azərkimya İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Etilen-Polietilen zavodunda və Təmir Tikinti idarəsində, Ekologiya İdarəsinin inzibati binasında, onun struktur bölmələri olan Təmir və Texniki xidmət sahəsində, Kompleks Tədqiqatlar laboratoriyasında, Ekoloji Monitorinq, Ölçmə və Tullantıların İdarəolunması Departamentlərinin inzibati binalarında, Balaxanı Ölçmə məntəqəsində, Azəriqaz İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Təmir Tikinti İdarəsinin 4 saylı Qəza Təmir Bərpa, Suraxanı Texniki İstismar Xidmətlərində, Anbar Təsərrüfatı Bölümündə və Bakı Regional Qaz İstismar Departamentinin inzibati binasında, Kompleks Qazma İşləri Trestinin inzibati binasında, onun strukturuna aid olan Abşeron İstehsalat Bölümündə, Geofizika və Geologiya İdarəsinin  inzibati binasında, onun strukturuna aid olan  Kompleks Mühəndis Axtarışı, Kəşfiyyat, Mədəngeofizika İstehsalat Bölümlərində, Kəşfiyyat İstehsalat Bölümünün inzibati binasında, onun strukturuna aid olan Geofiziki Materialların Emalı İnpretasiya Ekspedisiyasında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Abşeron - Qala, Daşgil – Sanqaçal, Qobustan Rabitə İnformasiya sahələrində, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan  2, 3, 4, 5, 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında və onların nəqliyyat vasitələrində, 4 saylı Avto və Xüsusi Texnika sahəsində,  Sənaye Təhlükəsizliyi İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan 1 saylı Profilaktik Dəstəsində, Karbamid, Metanol və Qaz Emalı Zavodlarının inzibati binalarında, Neft Emalı Zavodunun inzibati binasında, onun struktur bölmələri olan 1, 3, 8, 9, 10, 11, 13, 14, 16, 17, 18, 20, 26-cı sahələrində, 11 və 13 saylı Hərbiləşdirilmiş yanğından mühafizə dəstələrində, Ümid-Babək Əməliyyat Şirkətinin anbar sahəsində, xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (“Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən əraziləri), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən və Qaz Emalı zavodunun əraziləri) sahələrində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, məişət və geyinib-soyunma otaqlarında ümumilikdə  514 031 m2  deratizasiya,  229 846 m2 dezinseksiya və 404 758 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Yay mövsümü ilə əlaqədar SOCAR-ın strukturunda olan idarə və müəssisələrinin ərazilərində 500 m2  sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli “Sanitariya - epidemioloji  salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 30 sentyabr saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD -19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.







































tarix : 09.09.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.