Bu tədbirlərin həyata keçirilməsində İnzibati Təsərrüfat şöbəsinin kollektivinin əməyi xüsusilə təqdirə layiqdir. Ötən aylarda olduğu kimi 2020-ci ilin avqust ayında da İnzibati Təsərrüfat şöbəsinin əməkçiləri QSC-nin baş ofisində, Tullantıların Emalı Departamentinin 3,4,5,6-cı sahələrində (H.Əliyev adına NEZ-nun 9-cu sahəsinin ərazisi) yerləşən xidmət sahələrində təmir-tikinti, abadlıq və yaşıllaşdırma işlərini keyfiyyətlə yerinə yetirmişlər.
Belə ki, Tullantıların Emalı Departamentinin 6-cı sahəsində “Çənlər parkı” adlanan ərazidə istifadə olunan 901, 902, 903, 904 saylı çənlərdə təyinatına uyğun olaraq rənglənmə işləri həyata keçirilir, təsərrüfat anbarının və xarrat sexinin dam örtükləri dəyişdirilmişdir.
Torpaqların Rekultivasiya Departamentinin 1-ci (Pirallahı və Qala) sahələrindəki, vaqon evlərinin dam örtükləri tam təmir olunaraq yenilənmişdir.
QSC-nin İnzibati Təsərrüfat şöbəsi xidmət sahələrinin yaşıllaşdırılması işlərinə xüsusi önəm vermişdir. Odur ki, yaşıllıq sahələrinin genişləndirilməsi, mövcud yaşıllıqlara, 2400 ədəd bəzək və gül kollarına, 1300 ədəd müxtəlif ağac növlərinə, şitillərə aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində əsaslı işlər görmüşlər.
Bununla yanaşı, İnzibati Təsərrüfat şöbəsinin xarrat sexində Torpaqların Rekultivasiya Departamentinin sifarişinə əsasən ağacların küləkdən qorunması üçün 8000 ədəd dayaqlar hazırlanmış və istifadəyə verilmişdir.
Hazırda bu şöbənin kollektivi xidmət sahələrinin təmir-tikinti, abadlıq və yaşıllaşdırılması sahəsində məqsədyönlü fəaliyyətlərini davam etdirir.