ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” (CEPI) üzrə Anlaşma Memorandumu imzalandı
Məlum olduğu kimi, Azərbaycan Respublikası BMT-nin iqlim dəyişikliklərinə dair Çərçivə Konvensiyasına üzv dövlətlərin 21-ci konfransında qəbul olunan Paris Sazişini imzalayaraq, istixana qazlarını azaltmaq və ekoloji cəhətdən davamlı gələcəyə yol açmaq niyyətini geniş beynəlxalq ictimaiyyətə göstərmişdir. Paris sazişindən irəli gələn hədəfləri həyata keçirmək üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ətraf mühitin təhlükəsizliyi və resurslardan səmərəli istifadə edilməsi, karbon intensivliyinin azaldılması və bölgənin davamlı inkişafının təmin edilməsi istiqamətində ən qabaqcıl ekoloji tədbirləri və həll yollarını davamlı olaraq tətbiq edir. 

Xəzər regionunun ekoloji dayanıqlığına təhlükə yaradan iqlim dəyişikliyi ilə mübarizə aparmaq, istixana qazlarının emissiyasını və ətraf mühitə atılan zərərli maddələrin qarşısını almaq üçün birgə proaktiv addımların atılması zəruridir. Bu səbəbdən, SOCAR-ın təşəbbüsü əsasında SOCAR, KazMunayGas, BP, “Equinor” Abşeron AS və “Total E&P Absheron B.V.” şirkətlərinin təsisçiliyi ilə “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” (Caspian Envıronmental Protectıon Initiatıve - CEPI) adlı səmərəli və müstəqil fəaliyyət göstərən regional Təşəbbüs Qrupu yaradılmışdır. 
Qeyd etmək lazımdır ki, Rosneft, Gazprom və Eni şirkətləri CEPI-yə üzv kimi, BMT və BMT-nin İnkişaf Proqramı isə müşahidəçi qismində qoşulmaqları haqqında öz niyyətlərini bəyan etmişlər. 
14 sentyabr 2020-ci il tarixində SOCAR-ın “Ekopark: Ekoloji Tədqiqatlar Mərkəzi”ndə CEPİ üzrə Anlaşma Memorandumunun imzalanma tədbiri keçirilmişdir.
CEPİ-nin İcra Komitəsinin sədri, SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə tədbiri açılış nitqi ilə başlayaraq Təşəbbüsün gələcək fəaliyyəti və nəzərdə tutulan planlar haqqında məlumat vermişdir.
Anlaşma Memorandumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev, KazMunayGas şirkətinin idarə heyətinin sədri Alik Aydarbayev, BP şirkətinin AGT Regionu üzrə prezidenti Qəri Cons,  “Equinor” Abşeron AS şirkətinin Azərbaycan üzrə ölkə meneceri Favad Qureyşi və “Total E&P Absheron B.V.” şirkətinin idarəedici direktoru Regis Agut tərəfindən imzalanmışdır. 
Tədbirdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BMT-nin İnkişaf Proqramının Ölkə üzrə rezident nümayəndəsi Alessandro Frakassetti və Gazprom şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru Maksut  Anderjanov müşahidəçi qismində iştirak etmişlər.
Anlaşma Memorandumu imzalandıqdan sonra tədbir iştirakçıları “Ekopark: Ekoloji Tədqiqatlar Mərkəzi”nin ərazisində ağac əkmişlər.

Qeyd: Tədbir açıq havada keçirilib və pandemiya dövrünün şərtlərinə uyğun olaraq, tədbir zamanı sosial məsafə gözlənilib.





tarix : 16.09.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.