SOCAR-ın fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq olunmuş tədbirlər planı çərçivəsində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata keçirdiyi layihələrdən biri də, “Azneft” İB NQÇİ-lərin reabilitasiya olunmuş mədən ərazilərində yaşıllıqlara yüksək səviyyədə aqrotexniki xidmətlərin göstərilməsi layihəsidir.
Hazırda payız mövsümü ilə əlaqədar olaraq QSC-nin Torpaqların Rekultivasiyası Departamenti (TRD) SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində, “Azneft” İB-nin, “BibiHeybətneft”, “Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən ərazilərində (ümumilikdə 151 min 823 ədəd) müxtəlif növ ağac və bəzək kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərir. Bununla yanaşı cəmiyyətin xidmət sahələrinin, o cümlədən xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzinin və TRD-nin A 4 sahəsində yerləşən inzibati binalarının ərazilərində yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə müxtəlif növ ağacların, bəzək və gül kollarının əkilməsi və onlara qulluq işləri yerinə yetirilir. Torpaqların Rekultivasiyası Departamentinin 1-ci sahəsinin işçilərinin göstərdiyi yüksək səviyyəli aqrotexniki xidmətlər, yaşıllıq sahələrinin damcı və mexaniki üsulla suvarılması bitkilərin normal inkişafını təmin edir. Hazırda “Azneft” İB-nin “Abşeronneft” NQÇİ-nin (Pirallahı) ərazisində 53 min 300 ədəd və H.Z.Tağıyev adına NQÇİ-nin Qala ərazisində 12 min 165 ədəd müxtəlif növ həmyaşıl ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərir. Bütün bunlarla yanaşı digər sahələrdə olduğu kimi, “Azneft” İB-nin “BibiHeybətneft” NQÇİ-nin mədən ərazisində də payız mövsümü ilə əlaqədar zəruri işlər yerinə yetirilir. NQÇİ-nin mədən ərazilərində olan 74 min 483 ədəd, SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində 11 min 877 ədəd müxtəlif növ ağac və bəzək kollarına, istixanada yetişdirilən çoxsaylı ağac tinglərinə QSC-nin TRD-nin yaşıllaşdırma üzrə 2-ci sahəsinin işçiləri tərəfindən yüksək səviyyədə qulluq edilir. Hazırda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində payız mövsümü ilə əlaqədar yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər planına uyğun olaraq işlər davam etdirilir.
tarix : 22.09.2020
|