ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus(COVİD - 19)infeksiyasının yayılmaması ilə bağlı profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (15 sentyabr – 21 sentyabr 2020) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 03 mart 2020-ci il tarixli əmrində nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın baş ofisində, İnsan Resursları Departamenti  və Təsərrüfat İdarəsində, “Azneft” İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Maddi Texniki Təchizat İdarəsinin 2 saylı Sənqəçal bazasında,  N.Nərimanov adına NQÇİ-nin Qaz Kompressor, İstehsalat xidməti, Dəniz Neft Mədən Hidrotexniki Qurğularının təmiri, İstehsalatın Avtomatlaşdırılması və Nəzarət ölçü cihazları, Quyuların əsaslı və yeraltı təmiri, Elektrik Təchizat və Elektrik Avadanlıqları, Elmi Tədqiqat və İstehsalat işləri sahələrində, 28 may NQÇİ-nin inzibati binasında, onun struktur bölmələri olan Neftin Tam hazırlanması və Təhvili, Qazın tam hazırlanması və Təhvili sahələrində, H.Z.Tağıyev və Ə.Əmirov adına, Abşeronneft, Bibiheybətneft NQÇİ-lərin inzibati binalarında, Dalma Qurğularının təmiri və kirayəsi üzrə Ekspedisiya İstehsalat bölümündə, Dalğıc xidmətində, Qaz anbarları İstismarı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Qaradağ Kompressor stansiyasında, İstismar Avadanlıqların Təmiri, Elektrik Təchizatı və Elektrik Avadanlıqların Təmiri, İstehsalat Proseslərinin Avtomatlaşdırılması və Nəzarət Ölçü Cihazları, Qaradağ qazsaxlama və Quyuların əsaslı və yeraltı təmiri  sahələrində, “Neftqaztikinti” trestinin 6 saylı Təmir Quraşdırma, 7 saylı Tikinti Quraşdırma bölümlərində, Neft Kəmərləri İdarəsinin inzibati binasında, onun  strukturuna aid olan Abşeron İstehsalat bölümünün Suraxanı və Sabunçu Neftin Nəqli, Qaradağ İstehsalat Birliyinin İdarə və Puta Neftin Nəqli sahələrində, Dübəndi İstehsalat bölümündə, Azərkimya İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Etilen-Polietilen zavodunda və Təmir Tikinti idarəsində, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan  Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi Departamentində, Azəriqaz İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Metrologiya Departamentində, Anbar Təsərrüfatında, Təmir Tikinti İdarəsinin 1 və 3 saylı Tikinti Quraşdırma, 4 saylı və Nəsimi rayonu Qəza Bərpa, Suraxanı, Sabunçu və Sumqayıt Qaz İstismarı sahələrində, Bakı Regional Qaz İstismar Departamentinin inzibati binasında, onun struktur bölmələri olan  Xətai, Nəsimi, Yasamal, Xəzər, Qaradağ, Binəqədi və Abşeron Texniki İstismar Xidmətlərində, Sənaye Qaz Sayğacları Departamentinin inzibati binasında, Kompleks Qazma İşləri Trestinin inzibati binasında, Geofizika və Geologiya İdarəsinin  inzibati binasında, onun strukturuna aid olan  Kəşfiyyat Geofizika İstehsalat və Kompleks Mühəndis Axtarış İstehsalat Bölümlərində, Mədəngeofizika İstehsalat Bölümünün Azəri Mədəngeofizika Ekspedisiyasında, Kəşfiyyat Geofizika İstehsalat Bölümünün Geofiziki Materialların Emalı İnterpelitasiyasının Ekspedisiyasında, Karbamid və Metanol zavodlarında,  Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan Bakı Neft Bazasında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Avtomat Telefon stansiyasında, Nəqliyyat İdarəsinin inzibati binasında, onun struktur bölmələri olan  1, 2, 4, 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında və onların nəqliyyat vasitələrində, Təhlükəsizliyi İdarəsinin inzibati binasında, Sənaye Təhlükəsizliyi İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Profilaktik, 1 və 2 saylı Əməliyyat dəstələrində, Ekologiya İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan  Təmir və Texniki Xidmət sahəsində, Kompleks Tədqiqatlar laboratoriyasında, Balaxanı Ölçmə məntəqəsində, Ekoloji Ölçmə və Tullantıların İdarə Olunması və Ekoloji Monitorinq Departamentlərində,  Neft Emalı Zavodunun inzibati binasında, onun struktur bölmələri olan 1, 4, 5, 6, 8, 9, 11, 12, 13, 14, 16, 17, 18, 19, 20, 21, 23, 25, 26-cı sahələrində və Polis Mühafizə hissəsində, Sosial İnkişaf İdarəsinin Anbar Təsərrüfatı İdarəsində, H.Əliyev adına Bakı Dərin Özüllər Zavodunda, Bakı Ali Neft Məktəbinin inzibati binalarında, xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (“Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən əraziləri), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən və Qaz Emalı zavodunun əraziləri) sahələrində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, məişət və geyinib-soyunma otaqlarında ümumilikdə  474 496 m2 deratizasiya,  242 945 m2 dezinseksiya və 422 598 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrinin ərazilərində 1000 m2  sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli “Sanitariya - epidemioloji  salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 30 sentyabr saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD -19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.




































 



tarix : 23.09.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.