ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD - 19)infeksiyasının yayılmaması ilə bağlı profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (29 sentyabr – 05 oktyabr 2020) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 03 mart 2020-ci il tarixli əmrində nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın İnsan Resursları Departamenti  və Təsərrüfat İdarəsində, “Azneft” İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Maddi Texniki Təchizat İdarəsində, 28 may NQÇİ-nin Qazın tam hazırlanması və Təhvili sahəsində, Z.Tağıyev adına və Abşeronneft NQÇİ-lərin inzibati binalarında, Dalma Qurğularının təmiri və kirayəsi üzrə Ekspedisiyası, Elmi İstehsalat bölümlərində, Dalğıc xidmətində, Qaz anbarları İstismarı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Qaradağ Kompressor, Qazsaxlama, Quyuların Əsaslı və Yeraltı Təmiri, İstismar Avadanlıqların Təmiri, Elektrik Təchizatı və Elektrik Avadanlıqlarının Təmiri, İstehsalat Proseslərinin Avtomatlaşdırılması və Nəzarət Ölçü Cihazları  sahələrində, “Neftqaztikinti” trestinin 6 saylı Tikinti Quraşdırma bölümündə, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  strukturuna aid olan Dübəndi, Abşeron İstehsalat bölümlərdə, Qaradağ İstehsalat Bölümünün Puta Neftin Nəqli sahəsində, Anbar Təsərrüfat Bölümünün Neft Zavod sahəsində, Suraxanı və Sabunçu Neftin Nəqli sahələrində, Azərkimya İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Etilen-Polietilen zavodunda və Təmir Tikinti idarəsində, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan  Abşeron Magistral Qaz Kəmərləri sahəsinin Hövsan xidmət, Nardaran, Mərdəkan bağları, Buzovna, Xaşaxuna Qaz Paylayıcı sahələrində, Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi İdarəsində, Azəriqaz İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Bakı Regional Qaz İstismar Departamentinin inzibati binasında, Xətai Texniki İstismar Xidmətində, Təmir Tikinti İdarəsinin 4 saylı Qəza Təmir Bərpa Xidmətində, Bakı Regional Qaz Satışı və Bakı Regional Qaz Sayğaclar Departamentlərdə, Kompleks Qazma İşləri Trestinin inzibati binasında, onun struktur bölməsi olan Abşeron İstehsalat Bölümündə, Geofizika və Geologiya İdarəsinin inzibati binasında, onun strukturuna aid olan  Mədəngeofizika istehsalat bölümünün Sənqəçal Mədəngeofizika Ekspedisiyasında, Kompleks Mühəndis Axtarış İstehsalat Bölümündə, Azəri Mədəngeofizika Ekspedisiyasında, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün inzibati binasında, onun strukturuna aid olan  Geofiziki Materialların Emalı İnterpelitasiyasının Ekspedisiyasında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Abşeron - Qala Rabitə sahəsində, Nəqliyyat İdarəsinin inzibati binasında, onun struktur bölmələri olan 2, 3, 4, 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında və onların nəqliyyat vasitələrində, Sənaye Təhlükəsizliyi İdarəsinin inzibati binasında, H.Əliyev adına Neft Emalı Zavodunun inzibati binasında, onun struktur bölmələri olan 3, 4, 8, 12, 14, 18, 23, 26-cı sahələrində, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (“Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən əraziləri), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən və Qaz Emalı zavodunun əraziləri) sahələrində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, məişət və geyinib-soyunma otaqlarında ümumilikdə  488 836 m2  deratizasiya,  230 924 m2  dezinseksiya və 335 212 m2  sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli “Sanitariya - epidemioloji  salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 02 noyabr saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD -19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.






























 

tarix : 07.10.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.