Xidmətlərimiz
|
|
|
|
“Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan fəhlə və sürücülərin əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində biliklərinin yoxlanması üzrə imtahana başlanmışdır
|
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktorunun 15 sentyabr 2020-ci il tarixli 01 saylı sərəncamı ilə təsdiq edilmiş qrafikə uyğun olaraq, Cəmiyyətdə çalışan fəhlə və sürücülərin “Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması, öyrədilməsi və biliklərinin yoxlanılması qaydaları haqqında” təlimata əsasən, oktyabr ayının 12-dən texniki təhlükəsizlik sahəsində biliklərinin yoxlanılması üzrə imtahan başlanmışdır.
İmtahanın keçirilməsində əsas məqsəd bu kateqoriyadan olan işçilər tərəfindən texniki təhlükəsizlik qaydalarını və təlimatlarını İSO-18001 (OHSAS) standartının tələblərini dərindən mənimsəmək və maarifləndirmə tədbirlərinin istiqamətlərini müəyyən etməkdən ibarətdir. QSC-nin Baş direktorunun SƏTƏM üzrə müavini Eldəniz Həsənlinin sədrliyi və müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilən imtahan bütün fəaliyyət sahələri daxil olmaqla oktyabr ayının 27-dək davam edəcəkdir.
tarix : 13.10.2020
|
|
|
|
|
|
|