ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivi 18 oktyabr - Dövlət Müstəqillik gününü xalqımızın şərəf tarixi kimi yaddaşlarında yaşadırlar.
18 oktyabr 2020-ci il Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin bərpasının 29-cu ildönümüdür. Bu tarixi hadisə münasibəti ilə QSC-nin kollektivi Azərbaycan xalqını təbrik edir, onlara can sağlığı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və əbədi yaşaması naminə uğurlar arzulayır.

Azərbaycan xalqı öz müstəqilliyinə qovuşmaq üçün mübarizələrlə dolu çox çətin və şərəfli tarixi bir yol keçmişdir. 1991-ci il Oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğu gündür.
Belə bir tarixi şəraitdə, 1993-cü ilin iyununda xalqın təkid və tələbi ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz Ümummilli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı.  Ümummilli lider Heydər Əliyev “Müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir” fikri ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Heydər Əliyev qarşıya çıxan bütün çətinlikləri qısa vaxt ərzində dəf etməklə Azərbaycanın səsinin ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən eşidilməsinə nail oldu.
       Dövlət Müstəqilliyimizin əldə olunmasında müstəsna rolu olmuş Ümummilli lider Heydər Əliyevin  siyasi kursu ötən illərdə və hal hazırda uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində keçən 29 ildə ölkəmiz öz müstəqilliyini bütün dünyada tanıtmış, beynəlxalq təşkilatların üzvlüyünə qəbul edilmiş, dünya dövlətləri ilə bərabərhüquqlu əlaqələr yaratmışdır. Bu illərdə daxili və xarici qüvvələrin təxribat və maneələrinə  baxmayaraq, dövlət müstəqilliyimiz qətiyyətlə qorunmuş və onun  yaşaması üçün  vacib olan bütün tədbirlər görülmüşdür.
Azərbaycanın dövlət müstəqilliyi xalqımızın  tarixi nailiyyətidir. Hər birimizin  müqəddəs borcu müstəqil dövlətimizin  qədrini  bilmək, onu qorumaq, inkişaf etdirmək, dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə çatdırmaq və  bu mübarizədə daha möhkəm əzm, qətiyyət nümayiş etdirməkdən ibarətdir.

tarix : 17.10.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.