ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD - 19) infeksiyasının yayılmaması ilə bağlı profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (13 oktyabr - 19 oktyabr 2020) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 03 mart 2020-ci il tarixli əmrində nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın İnsan Resursları Departamenti  və Təsərrüfat İdarəsində, “Azneft” İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Maddi Texniki Təchizat İdarəsində, 28 may NQÇİ-nin Qazın tam hazırlanması və Təhvili sahəsində, H.Z.Tağıyev və Ə.Əmirov adına NQÇİ-lərin inzibati binalarında, Dalma Qurğularının təmiri və kirayəsi üzrə Ekspedisiyasında, Dalğıc xidmətinin 1 saylı istehsalat sahəsində, “Neftqaztikinti” trestinin 6 saylı Tikinti Quraşdırma Bölümündə, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  strukturuna aid olan Abşeron İstehsalat Bölümünün Suraxanı, Qaradağ İstehsalat Bölümünün Puta və Daşgil Neftin Nəqli sahələrində, Anbar Təsərrüfatı Bölümünün Neft Zavodu sahəsində, Dübəndi İstehsalat Bölümündə, Azərkimya İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Etilen-Polietilen zavodunda və Təmir Tikinti idarəsində, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan  Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi İdarəsində, Anbar Təsərrüfatında, Ekologiya İdarəsinin inzibati binasında, onun struktur bölmələri olan Balaxanı Ölçmə məntəqəsində, Təmir və Texniki xidmət sahəsində, Kompleks Tədqiqatlar laboratoriyasında, Ekoloji Ölçmə və Tullantıların İdarəolunması Departamentinin inzibati binasında, Ekoloji Monitorinq Departamentində, Azəriqaz İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Sumqayıt Qaz İstismar sahəsində, Bakı Regional Qaz İstismar Departamentinin inzibati binasında, Xətai və Xəzər Texniki İstismar Xidmətlərində, Təmir Tikinti İdarəsinin sahələrində, Anbar Təsərrüfatında, Avtomatika və Metrologiya Departamentində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında, onun struktur bölməsi olan Abşeron İstehsalat Bölümündə, Geofizika və Geologiya İdarəsinin inzibati binasında, onun strukturuna aid olan Mədəngeofizika istehsalat bölümünün Bahar Mədəngeofizika Ekspedisiyasında, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geofiziki Materialların Emalı İnpretasiya Ekspredisiyasında, Mühəndis Geofizika İstehsalat Bölümünün Azəri Mədəngeofizika Ekspedisiyasında, Karbamid və Metanol zavodlarında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında, Nəqliyyat İdarəsinin inzibati binasında, onun struktur bölmələri olan 1, 2, 4, 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında və onların nəqliyyat vasitələrində, Sənaye Təhlükəsizliyi İdarəsinin inzibati binasında, onun struktur bölmələri olan 1, 2 saylı Əməliyyat və 1 saylı Profilaktika dəstələrində, Bakı Ali Neft Məktəbinin inzibati binasında, Bakı Olimpiya Stadionunda, H.Əliyev adına Bakı Dərin Özüllər zavodunda, Sosial İnkişaf İdarəsinin inzibati binasında, H.Əliyev adına Neft Emalı Zavodunun inzibati binasında, onun struktur bölmələri olan 1, 3, 6, 8, 11, 13, 14, 16, 17, 18, 19, 21, 23, 25, 26-cı sahələrində, xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (“Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən əraziləri), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən və Qaz Emalı zavodunun əraziləri) sahələrində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, məişət və geyinib-soyunma otaqlarında ümumilikdə  408 737 m2 deratizasiya,  258 532 m2 dezinseksiya və 404 542 m2  sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrinin ərazilərində 3000 m2  sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli “Sanitariya - epidemioloji  salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 02 noyabr saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.

































 

tarix : 21.10.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.