ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD - 19) infeksiyasının yayılmaması ilə bağlı profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (27 oktyabr – 02 noyabr 2020) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın İnsan Resursları Departamenti  və Təsərrüfat İdarəsində, “Azneft” İstehsalat Birliyinin inzibati binasında və N.Nərimanov adına NQÇİ-nin sahələrində, inzibati binalarında, Dalma Qurğularının təmiri və kirayəsi üzrə Elmi İstehsalat müəssisəsində, “Neftqaztikinti” trestinin sahələrində, 6 saylı Tikinti Quraşdırma Bölümündə, Qaz Emalı Zavodunda, Azərkimya İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Etilen-Polietilen zavodunda və Təmir Tikinti idarəsində, Neft Kəmərləri İdarəsinin İnzibati binasında və onun struktur bölmələrinə aid olan Anbar Təsərrüfatı Bölümünün Neft Zavodu sahəsində, İxrac İstehsalat Bölümünün inzibati binasında,  Qaradağ İstehsalat Bölümünün Puta, Daşgil Neftin Nəqli sahələrində, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan  Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi İdarəsində, Abşeron Magistral Qaz Kəmərlərinin inzibati binasında, Xətai, Əhmədli, Zığ, Zirə, Zabrat 1 və 2, Buzovna, Türkan 1 və 2, Qaraçuxur, Suraxanı, Qaz paylayıcı stansiyalarında, Azəriqaz İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Ümumi Tikinti sahəsində, Təmir Tikinti İdarəsinin Qaz Kəmərlərinin sökülməsi və Qəza Təmir Bərpa xidməti üzrə sahələrində, Səbayıl Xidmət sahəsində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında, onun struktur bölməsi olan 1, 2 saylı Anbar Təsərrüfatında, Tamponaj, Bulla, 8 Mart, Ümid istehsalat bölümlərində və Sənaye Təhlükəsizlik İdarəsinin inzibati binasında,  Geofizika və Geologiya İdarəsinin inzibati binasında, Bakı Olimpiya Stadionunda, Karbamid və Metanol zavodlarında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan Bakı Neft Bazasında, Neft Məhsullarının Qəbulu və Göndərilməsi bazasında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında, Nəqliyyat İdarəsinin inzibati binasında, onun struktur bölmələri olan 1,  4, 5, 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında və onların nəqliyyat vasitələrində, H.Əliyev adına Neft Emalı Zavodunun inzibati binasında, onun struktur bölmələri olan 1, 3, 5, 6,  8, 9, 13,  13, 14, 16, 17, 18, ,20, 22, 23, 25-cı sahələrində, 13 № li Hərbiləşdirilmiş Yanğından Mühafizə Dəstəsində, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi),Nəqliyyat İdarəsi 1,5,6 saylı və Texnoloji Nəqliyyat Departamentinin 1saylı Texnoloji Nəqliyyat sahəsi onun inzibati binası, Texnoloji Nəqliyyat Departamentinin Avto və Xüsusi Texnika sahəsi, nəqliyyat vasitələri, SOCAR Təsərrüfat İdarəsi, Azneft İstehsalat Birliyinin Dalma Qurğularının Təmiri və Kirayəsi Üzrə Elmi İstehsalat müəssisəsi, “Azneft” İstehsalat Birliyinin Abşeronneft Neft Qaz Çıxartma İdarəsinin sahələrində, “Azneft” İstehsalat Birliyinin Dalğıc Xidmətinin 1 saylı Pirallahı sahəsi, Qaz İxracı İdarəsinin Abşeron Magistral Qaz Kəmərlərinin Müşviqabad Qaztəmizləyici Stansiyasi, Qaz İxrac İdarəsinin Abşeron Magistral Qaz Kəmərlərinin Pereküşkül Qaz Paylayıcı stansiyası, Qaz İxrac İdarəsinin Abşeron Magistral Qaz Kəmərlərinin Ceyranbatan Avto Qaz Paylayıcı Stansiyası, Qaz İxrac İdarəsinin Abşeron, Sumqayıt Qaz Paylayıcı stansiyası, Qaz İxrac İdarəsinin Abşeron Magistral Qaz Kəmərlərinin Modul Qaz Paylayıcı Stansiyası, Qaz İxrac İdarəsinin Abşeron Magistral Qaz Kəmərlərinin Alatava, Sulutəpə, Səbayıl, Xocahəsən, Masazır, Xırdalan, Novxanı, Mehdiabad, Digah Qaz Paylayıcı stansiyasi, “Neftqaztikinti” trestinin inzibati binası, “Neftqaztikinti” trestinin 6 saylı Təmir quraşdırma idarəsi, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Qaz Emalı sahəsi, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantı Mərkəzi, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Bibiheybət sahəsi, Kompleks Qazma İşləri trestinin Abşeron İstehsalat Bölümü, Geofizika və Geologiya İdarəsinin  Mədən Geoloji Ekspedisiyası, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Abşeron-Qala İnformasiya Kommunikasiyaları Texnoloji Xidmət sahəsi, məişət və geyinib-soyunma otaqlarında ümumilikdə  361 537 mderatizasiya,279 843 m2  dezinseksiya və 419 014 msahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrinin ərazilərində 3000 m2  sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli məlumatına və  “Sanitariya - epidemioloji  salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 03 dekabr saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.








































 

tarix : 04.11.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.