ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD - 19) infeksiyasının yayılmaması ilə bağlı profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (04 noyabr – 11 noyabr 2020) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsi inzibati binası, “Azneft” İstehsalat Birliyinin inzibati binasında və Dalma Qurğularının təmiri və kirayəsi üzrə Ekspermental İstehsalat Müəssisəsi, Azərkimya İstehsalat Birliyinin inzibati binasında, Etilen-Polietilen zavodunda və Təmir Tikinti idarəsində, Neft Kəmərləri İdarəsinin İnzibati binasında, Qaz İxracı İdarəsinin inzibati binasında, Kompleks Qazma İşləri Trestinin inzibati binasında, onun struktur bölməsi olan 1, 2 saylı Anbar Təsərrüfatı, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan Bakı Neft Bazasında, Neft Məhsullarının Qəbulu və Göndərilməsi bazasında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Qobustan avtomatlaşdırılmış Telefon stansiyası və Səngəçal Rabitə İnformasiya  sahəsi, Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat  Departamentinin 2 saylı avtomobil və xüsusi texnika sahəsi, Sənaye Təhlükəsizlik Idarəsi 1 saylı profilaktik dəstə, H.Əliyev adına Neft Emalı Zavodunun inzibati binasında, onun struktur bölmələri olan 2,5,11, 6,12,14,17,18,22, 23-cı sahələrində, Nəqliyyat İdarəsi 1,2,4,5,6 saylı və Texnoloji Nəqliyyat Departamentinin 1,2,3,4.6 saylı Texnoloji Nəqliyyat sahəsi onun inzibati binası, SOCAR Təsərrüfat idarəsi Baş ofis, Neft Kəmərləri İdarəsinin Qaradağ istehsalat bölümü Daşgil Neftin nəqli sahəsi, Neft Kəmərləri İdarəsinin Anbar təsərrüfatı bölümü, Azəriqaz İstehsalat Birliyinin Təmir Tikinti İdarəsinin Anbar Təsərrüfatı, Azəriqaz İstehsalat Birliyinin Anbar Təsərrüfatı, Azəriqaz  İstehsalat Birliyinin Bakı Regional Qaz Satış Departamenti, Azəriqaz İstehsalat Birliyinin Təmir Tikinti İdarəsinin İnzibati Binası, Azəriqaz İstehsalat Birliyinin Təmir Tikinti İdarəsinin Təmir Quraşdırma Sahəsi, Azəriqaz İstehsalat Birliyinin Layihə Konstruktor Bürosu-Bakı Regional Qaz sayğacları Departamenti, Azəriqaz  İstehsalat Birliyi, Azəriqaz İstehsalat Birliyinin Bakı Regional Qaz İstismar Departamenti Nərimanov Texniki İstismar xidməti, Azəriqaz  İstehsalat Birliyinin Bakı Regional Qaz İstismar Departamenti Nəsimi Texniki İstismar xidməti, Azəriqaz İstehsalat Birliyinin Bakı Regional Qaz İstismar Departamenti Binəqədi Texniki İstismar xidməti, Azəriqaz  İstehsalat Birliyinin Bakı Regional Qaz İstismar Departamenti Abşeron Texniki İstismar xidməti, Azəriqaz İstehsalat Birliyinin Bakı Regional Qaz İstismar Departamenti Yasamal Texniki İstismar xidməti,Qaz İxrac İdarəsinin Abşeron Magistral Qaz Kəmərləri Sahəsinin Maştağa 2 və Nardaran QPS,Ekol Mühəndislik Xidmətləri QSC-nın inzibati binası, Azəriqaz  İstehsalat Birliyi, Azəriqaz İstehsalat Birliyinin Bakı Regional Qaz İstismar Departamenti Xətai rayonu Texniki İstismar xidməti, H.Əliyev adına Neft Emalı Zavodunun polis mühafizə sahəsi(aşağı), H.Əliyev adına Neft Emalı Zavodunun idarə aparatı (aşağı sahə), Azəriqaz İstehsalat Birliyinin Bakı Regional Qaz İstismar Departamenti Sabuçu Texniki İstismar xidməti, Azəriqaz İstehsalat Birliyinin Bakı Regional Qaz İstismar Departamenti Xəzər Texniki İstismar xidməti, Azəriqaz İstehsalat Birliyinin Təmir Tikinti İdarəsinin Ümumi Tikinti Sahəsi,Neft  Kəmərləri İdarəsinin İnzibati binası, Neft  Kəmərləri  İdarəsinin Abşeron İstehsalat Bölümünün Sabunçu Neftin Nəqli sahəsi, Neft Kəmərləri İdarəsinin Anbar Təsərrüfatı Bölümünün NZS sahəsi,”Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsinin sahələrində, “Azneft” İstehsalat Birliyinin Maddi Texniki İdarəsi, Təhlükəsizlik İdarəsinin inzibati binası, SOCAR-ın İnsan Resursları Departamenti, Qaz İxrac İdarəsinin Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi Departamenti, Ekologiya İdarəsinin(Balaxanı ölçmə məntəqəsi), Ekologiya İdarəsinin Təmir və Texniki xidmət sahəsi, Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamenti, Ekologiya İdarəsinin Ekoloji Ölçmə və Tullantıların İdarə Olunması Departamenti, ”Ekol Mühəndislik Xidmətləri” QSC-nin 9 sexi, Neft Kəmərlərinin İdarəsinin Dübəndi İstehsalat Bölümü,”Azneft” İstehsalat Birliyinin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin sahələrində, “Azneft” İstehsalat Birliyinin Dalma Qurğularının Təmiri və Kirayəsi Üzrə Elmi İstehsalat Müəssisəsi, “Azneft” İstehsalat Birliyinin 28 may Neft Qaz Çıxarma İdarəsinin Neftin Tam Hazırlanması və Təhvili sahəsi,Geofizika və Geologiya İdarəsi Kompleks Mühəndisi Axtarış İstehsalat Bölümü, Geofizika və Geologiya İdarəsi Kəşfiyyatgeofizika İstehsalat Bölümü, Geofizika və Geologiya İdarəsi Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geofiziki Materiallarının Emalı İperitasiya Ekspredisiyası, Geofizika və Geologiya İdarəsi Mədəngeofizika İstehsalat Bölümü,”Ekol Mühəndislik Xidmətləri “QSC-nin Dübəndi sahəsi, “Azneft” İstehsalat Birliyinin 28 may Neft Qaz Çıxarma İdarəsinin Neftin Tam Hazırlanması və Təhvili sahəsi (Hövsan sahəsi), “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin sahələri, , Azəriqaz  İstehsalat BirliyininTəmir Tikinti İdarəsinin anbar təsərrüfatı sahəsi, Sənaye təhlükəsizlik idarəsinin inzibati binası, ,Sənaye təhlükəsizlik idarəsinin 2 saylı əməliyyat dəstəsi, Sosial İnkişaf idarəsinin inzibati binası, Geofizika və Geologiya İdarəsinin Mədəngeofizika İstehsalat Bölümünün Bahar Mühəndis Geoloji Ekspedisiyası, Qaz Emalı sahəsi,Qaz İxrac İdarəsinin inzibati binası, Qaz İxrac İdarəsinin anbar təsərrüfatı, Qaz İxrac İdarəsinin Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi Departamenti, ”Ekol Mühəndislik Xidmətləri” QSC-nin Qala sahəsi, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin TRD A-4 sahəsi məişət və geyinib-soyunma otaqlarında ümumilikdə  733 988 mderatizasiya, 510 063 mdezinseksiya və 714 652 msahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrinin ərazilərində 3000 m2  sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli məlumatına və “Sanitariya - epidemioloji  salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 03 dekabr saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.









































 


tarix : 13.11.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.