ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD - 19) infeksiyasının yayılmaması ilə bağlı profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (19 noyabr – 26 noyabr 2020) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsində, “Azneft” İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Maddi Texniki Təchizat İdarəsində, Bibiheybətneft, Abşeronneft, Ə.Əmirov, N.Nərimanov adına NQÇİ-lərin inzibati binalarında, Dalma Qurğularının təmiri və kirayəsi üzrə Ekspedisiyasında, Qaz Anbarlarının İstismar İdarəsinin inzibati binasında, Mərkəzi anbarında, Dalğıc xidmətində, Qaz Kompressoru, Elektrik Avadanlıqları və Elektrik Təchizatı, Elmi Tədqiqat və İstehsalat işləri, İstehsalat proseslərin avtomatlaşdırılması və nəzarət ölçü cihazları, Dəniz Neftmədən hidrotexniki qurğularının təmiri, Qaradağ Kompressor, Qazsazlaşma, Quyuların əsaslı və yeraltı təmiri, İstismar Avadanlıqları təmiri sahələrində, İstehsalat Xidmət bazasında, “Neftqaztikinti” trestinin 1, 2, 3 və 5 saylı Tikinti Quraşdırma Bölümlərində, Anbar Təsərrüfatı Bölümünün Neft Zavodu, İstismar avadanlıqları sahələrində, Qaynaq texnoloji dağılan və dağılmayan müayinə bölümündə, Neft Kəmərləri İdarəsinin inzibati binasında, onun  strukturuna aid olan Anbar Təsərrüfat bölümünün Neft Zavodu, Qaradağ İstehsalat bölümünün Daşqil Neftin Nəqli, Abşeron İstehsalat bölümünün Sumqayıt Neftin Nəqli və Dübəndi İstehsalat bölümünün Filtr aşırma, İxrac İstehsalat Bölümünün Neft Ölçmə sahələrində, Ekologiya İdarəsinin inzibati binasında, onun struktur bölmələri olan Təmir və Texniki xidmət sahəsində, Kompleks Tədqiqatlar laboratoriyasında, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan  Zeytun, Dübəndi Qaz Paylayıcı sahələrində, Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi İdarəsində, Azəriqaz İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Bakı Regional Qaz İstismar Departamentinin inzibati binasında, Nəsimi, Yasamal, Binəqədi, Sumqayıt və Abşeron İstismar Xidmətlərində, Təmir Tikinti, Qəza Təmir Bərpa İdarələrində, Qaz Kəmərlərin Sökülməsi üzrə sahəsində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında, onun struktur bölməsi olan Abşeron İstehsalat Bölümündə, Geofizika və Geologiya İdarəsinin inzibati binasında, onun strukturuna aid olan Kompleks Mühəndis Axtarışı İstehsalat, Mədəngeofizika İstehsalat Bölümlərində, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geofiziki Materialların Emalı İnpretasiya Ekspredisiyasında, Sənaye Təhlükəsizliyi İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1 saylı Profilaktik və 1 saylı Əməliyyatlar Dəstələrində,  Karbamid və Metanol zavodlarının inzibati binalarında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Daşgil – Sanqaçal, Qobustan Rabitə İnformasiya sahələrində,  Nəqliyyat İdarəsinin inzibati binasında, onun struktur bölmələri olan 1, 2, 4, 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında və onların nəqliyyat vasitələrində, H.Əliyev adına Neft Emalı Zavodunun inzibati binasında, onun struktur bölmələri olan 1, 3, 6, 7, 8, 9, 12, 11, 13, 14, 16, 17, 18, 19, 20, 21, 22, 23, 25, 26-cı sahələrində, Polis Mühafizə sahəsində, xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (“Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən əraziləri), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən və Qaz Emalı zavodunun əraziləri) sahələrində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, məişət və geyinib-soyunma otaqlarında ümumilikdə 330 215 m2  deratizasiya, 302 475 m2 dezinseksiya və 476 093 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli “Sanitariya - epidemioloji  salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 03 dekabr saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.





















tarix : 07.12.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.