Xidmətlərimiz
|
|
|
|
12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günüdür!
|
Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, ulu öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin özünəməxsus yeri vardır.
Bu tarixi gün 17 il olmasına baxmayaraq Azərbaycan xalqının yaddaşında dərin və silinməz iz buraxıb. Hər il olduğu kimi bu il də 12 dekabrda xalqımızla bərabər “Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivi də bu dahi insanın əziz xatirəsini böyük ehtiramla yad edirlər. Heydər Əliyevin Azərbaycan xalqının tarixində çox böyük rolu olub. Ümummilli Liderimizin siyasi hakimiyyətə qayıdışı ölkəmizi fəlakətlərdən xilas edib və bununla da Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması həyata keçirilib. Dünya miqyasında Müstəqil Azərbaycandan danışanda həmişə onun qurucusu və memarı Heydər Əliyev anılır və adı uca tutulur. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini Azərbaycan xalqı və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivi daim yad edir və onun ruhu qarşısında baş əyirlər.
tarix : 12.12.2020
|
|
|
|
|
|
|