ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD - 19) infeksiyasının yayılmaması ilə bağlı profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (04 dekabr – 10 dekabr 2020) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın İnsan Resursları Departamenti və Təsərrüfat İdarəsində, “Azneft” İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Ə.Əmirov adına, “28 may” NQÇİ-nin inzibati binalarında, “Neft Daşları” NQÇİ-nin sahələrində,  N.Nərimanov adına NQÇİ-nin  inzibati binasında, onun struktur bölmələri olan “Bulla” 6 yatağında, İstismar Avadanlıqların Təmiri, Dəniz Neft Mədən Hidrotexniki Qurğularının Təmiri, Elektrik Təchizatı və Elektrik Avadanlıqlarının Təmiri, Elmi Tədqiqat və İstehsalat İşləri sahələrində, Dalma Qurğularının təmiri və kirayəsi üzrə Ekspedisiyasında, Qaz Anbarlarının İstismar İdarəsinin inzibati binasında, “Neftqaztikinti” trestinin 4, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binasında, Neft Kəmərləri İdarəsinin inzibati binasında, onun  strukturuna aid olan Abşeron İstehsalat bölümünün Sumqayıt Neft Təhvili, İxrac İstehsalat bölümünün Neft Ölçmə sahələrində, Dübəndi İstehsalat bölümündə, Azərkimya İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Etilen-Polietilen zavodunda və Təmir Tikinti idarəsində, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan  Anbar Təsərrüfatı bölümündə, Abşeron Magistral Qaz Kəmərləri sahəsinin Digah, Mehdiabad, Novxanı, Masazır, Modul, Sumqayıt, Ceyranbatan, Səbail, Xocahəsən, Sulutəpə, Alatava, Xırdalan, Müşviqabad Qaz Paylayıcı sahələrində, Azəriqaz İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Bakı Regional Qaz Sayğaclar Departamentinin inzibati binasında və onun struktur bölmələri olan  Xətai, Binəqədi, Suraxanı Texniki İstismar Xidmətlərində, Sumqayıt Qaz İstismar və Anbar Təsərrüfatı sahələrində, Hüquq Departamentində, Təmir Tikinti İdarəsinin inzibati binasında, onun  strukturuna aid olan Təmir Quraşdırma sahəsində və 4 saylı Təmir Bərpa Xidmətində, Kompleks Qazma İşləri Trestinin Logistika bölümündə, Geofizika və Geologiya İdarəsinin inzibati binasında, onun strukturuna aid olan Mədəngeofizika İstehsalat Bölümündə, Sənaye Təhlükəsizlik İdarəsinin inzibati binasında və onun  strukturuna aid olan 2 saylı Əməliyyat sahəsində, Təhlükəsizlik İdarəsinin inzibati binasında, Karbamid və Metanol zavodlarında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında,  İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Pirallahı sahəsində, Nəqliyyat İdarəsinin inzibati binasında, onun struktur bölmələri olan 1, 2, 4, 5, 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında və onların nəqliyyat vasitələrində, Ekologiya İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan  Təmir və Texniki Xidmət sahəsində, Balaxanı Ölçmə məntəqəsində, Ekoloji Ölçmə və Tullantıların İdarə Olunması və Ekoloji Monitorinq Departamentlərində, H.Əliyev adına Neft Emalı Zavodunun inzibati binasında, onun struktur bölmələri olan 2, 4, 5, 7, 9, 11, 13, 14, 16, 17, 18, 19, 20, 22, 23, 25, 26-cı sahələrində, Polis Mühafizə sahəsində, xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (“Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən əraziləri), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən və Qaz Emalı zavodunun əraziləri) sahələrində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, məişət və geyinib-soyunma otaqlarında ümumilikdə  730 209 m2  deratizasiya,  446 965  m2 dezinseksiya və 483 773  m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli “Sanitariya - epidemioloji  salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2021-ci il 31 yanvar saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.














View/Edit Source

Full Screen







tarix : 15.12.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.