ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və 2021-ci il Yeni il bayramı münasibətilə xalqımızı təbrik edir.
Ümummilli Lider Heydər Əliyevin dediyi kimi Azərbaycan bütün Dünya Azərbaycanlılarının hər birinin evidir. 

Dünya Azərbaycanlılarının Həmrəylik günü Azərbaycan millətinin birlik şüarının simvolik günü olmaqla 29 ildir ki, dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən böyük təntənə ilə qeyd olunur. Bu bayram dünyanın 52 milyonluq azərbaycanlıların birlik və bərabərlik təntənəsi olmaqla ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Odur ki, respublikamızın bütün sahələrdə güclü, inkişaf etmiş bir ölkəyə çevrilməsi üçün qüvvələrimizin birləşdirilməsi və qarşımızda duran vəzifələrin şərəflə yerinə yetirilməsi istiqamətində səylərimizi daha da artırmalıyıq.
Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasət nəticəsində yola saldığımız 2020-ci il ölkəmiz üçün uğurlu və qələbə ili olmuşdur. Belə ki 27 sentyabr Müzəffər Ordumuz   2-ci Qarabağ müharibəsində əks hücum zamanı 28 illik həsrətə son qoydu. 44 gün ərzində torpaqlarımız erməni işğalından azad edildi. Ölkəmizə sülh və əminamanlıq gətirildi.
2020-ci ildə ölkəmiz üçün bütün sahələrdə yadda qalan nailiyyətlər və böyük qələbələr qazanması üçün hərtərəfli zəmin yaranmışdır. Bu il “Ekol Mühəndislik Xidmətləri” QSC üçün də uğurlu il olmuş, qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilmişdir.
Bir daha xalqımızı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik edirik.

tarix : 30.12.2020

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.