Karantin günlərində (29 dekabr 2020 - 06 yanvar 2021) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.
İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır. SOCAR-ın İnsan Resursları Departamenti və Təsərrüfat İdarəsində, “Azneft” İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Maddi Texniki Təchizat İdarəsinin 2 saylı Sənqəçal Bazasında, Abşeronneft, “28 may”, H.Z.Tağıyev, N.Nərimanov adına NQÇİ-nin inzibati binalarında və sahələrində, Dalma Qurğularının təmiri və kirayəsi üzrə Ekspedisiyasında, Dalğıc Xidmətinin 1 saylı Pirallahı Məntəqəsində, “Neftqaztikinti” trestinin 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə Sınaq İşləri bazasında, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Qaradağ İstehsalat Bölümünün Daşgil Neftin Nəqli, Sənqəçal sahələrində və Anbar Təsərrüfatı Bölümündə, Azərkimya İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Etilen-Polietilen zavodunda və Təmir Tikinti İdarəsində, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan Korroziyadan Mühafizə Departamentində, Azəriqaz İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Səbail Xidmət, Sumqayıt Qaz İstismar sahələrində, Ekologiya İdarəsinin inzibati binasında, onun struktur bölmələri olan Ekoloji Monitorinq, Ölçmə və Tullantıların İdarəolunması Departamentlərinin inzibati binalarında, Kompleks Qazma İşləri Trestinin inzibati binasında, onun strukturuna aid olan Abşeron İstehsalat Bölümündə, Geofizika və Geologiya İdarəsinin inzibati binasında, onun strukturuna aid olan Sənqəçal sahəsində, Təhlükəsizlik İdarəsinin inzibati binasında, Karbamid və Metanol zavodlarında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Daşgil-Sənqəçal və Qobustan Rabitə İnformasiya, Abşeron-Qala İnformasiya Kommunikasiya Texnologiyaları və Texniki xidmət sahələrində, Nəqliyyat İdarəsinin inzibati binasında, onun struktur bölmələri olan 1, 2 və 6 saylı Texnoloji Nəqliyyat Departamentlərinin inzibati binalarında və onların nəqliyyat vasitələrində, H.Əliyev adına Neft Emalı Zavodunun inzibati binasında, onun struktur bölmələri olan 1, 2, 8, 9, 11, 13, 14, 16, 18, 19, 21, 22, 23 və 26-cı sahələrində, Bakı Ali Neft Məktəbinin inzibati binasında, xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (“Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən əraziləri), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən və Qaz Emalı zavodunun əraziləri) sahələrində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, məişət və geyinib-soyunma otaqlarında ümumilikdə 302 684 m2 deratizasiya, 202 654 m2 dezinseksiya və 328 034 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir. Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır. Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli “Sanitariya - epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2021-ci il 31 yanvar saat 00.00-dək uzadılmışdır. Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.
tarix : 07.01.2021
|