ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivi 20 yanvar faciəsinin qurbanlarının əziz xatirəsini heç zaman unutmayacaq.
Bu gün 1990 -cı il yanvarın 20 -də Azərbaycan xalqına qarşı törədilən qanlı yanvar faciəsinin 31- ci ildönümü “Ekol Mühəndislik Xidmətləri” QSC -nin kollektivi tərəfindən böyük ehtiramla anılır. 1990 -cı ilin yanvarın 20 -də keçmiş sovet imperiyasının hərb texnikaları Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi vandalizm aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.

Yanvarın  20 -də minlərlə insanın Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının uyuduğu Şəhidlər Xiyabanı indi gənclərin and yerinə çevrilmişdir. Xalqımızın yaddaşına əbədi həkk olunmuş qanlı yanvar hadisələrinin 31 -ci ildönümü bu günlərdə Respublikamızın hər yerində dərin hüznlə və ehtiramla anılır, şəhidlərin ruhuna dualar oxunur.
          20 yanvar şəhidlərinin anım günündə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev və Birinci vitze-prezident Mehriban xanım Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad ediblər. Dövlət başçımızın dediyi kimi ikinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq: “Bu qələbənin qazanılmasında bütün xalqımız birlik və həmrəylik göstərmişdir. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbiçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Allah həm birinci Qarabağ müharibəsinin, həm ikinci Qarabağ müharibəsinin,  həmdə 20 Yanvar şəhidlərimizə rəhmət eləsin! Allah bütün qazilərimizə, yaralı əsgər və zabitlərimizə şəfa versin.”
          Tarix sübut etdi ki, bu vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara səhifə olaraq yazılmışdır. Lakin, 1990 -cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin faciəvi gecədə həlak olan vətən oğulları və qızları Azərbaycanın  tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığına və  müstəqilliyinə yol açdılar.
Anım günü ilə əlaqədar, QSC-nin baş ofisində və istehsalat sahələrində 20 yanvar hadisələrini əks etdirən stendlər təşkil edilmişdir.
Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsi heç zaman unudulmayacaqdır.







 

tarix : 20.01.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.