ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD - 19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində (07 yanvar - 16 yanvar 2021) Dezinfeksiya şöbəsinin əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsində, “Azneft” İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Maddi Texniki Təchizat İdarəsinin anbarlarında, Abşeronneft, “28 may”, Bibiheybətneft, Ə.Əmirov, H.Z.Tağıyev, N.Nərimanov adına NQÇİ-nin inzibati binalarında və sahələrində, İstehsalat Xidmət Bazasında, Dalma Qurğularının təmiri və kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində, Dalğıc qəzaxilasetmə xidmətində, Qaz Anbarları İstismarı İdarəsinin Mərkəzi Aparatı və sahələrində, “Neftqaztikinti” trestinin 6 saylı Tikinti Quraşdırma Bölümündə, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  strukturuna aid olan Dübəndi və İxrac İstehsalat, Anbar Təsərrüfatı Bölümlərinin inzibati binalarında,  Abşeron İstehsalat Bölümünün Sumqayıt və Suraxanı, Qaradağ İstehsalat Bölümünün İdarə Aparatı və Puta, Daşgil Neftin Nəqli sahələrində, Azərkimya İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Etilen-Polietilen zavodunda və Təmir Tikinti İdarəsində, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan  Abşeron Magistral Qaz Kəmərləri sahəsinin Səbail, Xocahəsən, Alatava, Mehdiabad, Novxanı, Digah, Sulutəpə, Müşfiqabad, Ceyranbatan, Sumqayıt, Abşeron – Modul, Masazır, Xırdalan Qaz Paylayıcı Stansiyalarında, Korroziyadan Mühafizə Departamentində,  Azəriqaz İstehsalat Birliyinin inzibati binasında, onun struktur bölmələri olan Hüquq, Avtomatika və Metrologiya Departamentlərində, Suraxanı Xidmət sahəsində, Anbar Təsərrüfatı Bölümündə, Təmir Tikinti İdarəsinin inzibati binasında, Sənaye Qaz Sayğaclarının Xidmət Mərkəzində, 4 saylı Təmir Bərpa Xidmətində, 1, 2 və 3 saylı Təmir Quraşdırma, Qəza Təmir Bərpa sahələrində, Bakı Regional Qaz Sayğacları İstismar Departamentinin inzibati binasında və onun struktur bölmələri olan Nərimanov, Yasamal, Abşeron, Binəqədi, Xəzər, Qaradağ, Sabunçu Texniki İstismar Xidmətlərində, Ekologiya İdarəsinin inzibati binasında, onun struktur bölmələri olan Ekoloji Monitorinq Departamentinin inzibati binasında, Kompleks Tədqiqatlar laboratoriyasında, Təmir və Texniki Xidmət sahəsində, Balaxanı Ölçmə məntəqəsində,  Kompleks Qazma İşləri Trestinin inzibati binasında, onun strukturuna aid olan Anbar Təsərrüfat Bölümünün Abşeron İstehsalat birliyində, 1 və 2 saylı Anbar Təsərrüfatı sahələrində, Geofizika və Geologiya İdarəsinin inzibati binasında, onun strukturuna aid olan Kompleks Mühəndis Axtarış Bölümündə, Mədəngeofizika İstehsalat Bölümünün Bahar və Azəri Mühəndis Geoloji, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geofiziki Materialların Emalı İnpretasiya Ekspedisiyalarında, Sənaye Təhlükəsizlik İdarəsinin inzibati binasında, onun strukturuna aid olan 1 saylı profilaktika, 1 və 2 saylı əməliyyat dəstələrində, Qaz Emalı, Karbamid, Metanol zavodlarının inzibati binalarında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Daşgil-Sənqəçal Rabitə İnformasiya sahəsində, Nəqliyyat İdarəsinin inzibati binasında, onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, onlarin 2 saylı A , 3 sayli A Xüsusi texnika sahələrində və nəqliyyat vasitələrində, H.Əliyev adına Neft Emalı Zavodunun inzibati binasında, onun struktur bölmələri olan 2, 3, 4, 5, 9, 11, 12, 13, 14, 16, 17, 18, 19, 20, 21, 22, 23, 25-ci sahələrində, Ümid-Babək Neft Əməliyyat Şirkətinin anbarında, Bakı Olimpiya Stadionunda, xidmət göstərdiyimiz SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində, eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (“Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən əraziləri), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən və Qaz Emalı zavodunun əraziləri) sahələrində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, məişət və geyinib-soyunma otaqlarında ümumilikdə  690 114 m2  deratizasiya,  470 344 m2  dezinseksiya və 677 567 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli “Sanitariya - epidemioloji  salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2021-ci il 01 aprel saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.
































 

tarix : 22.01.2021

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.